Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home AZƏRBAYCAN Azərbaycanlı fəal Bəhmən Xaliqi məhkəməyə çağırılıb

Azərbaycanlı fəal Bəhmən Xaliqi məhkəməyə çağırılıb

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

Azərbaycanlı milli-mədəni fəal Bəhmən Xaliqi Marağanın inqilab məhkəməsinə çağırılıb.

B.Xaliqi çağırış vərəqəsinə əsasən noyabrın 21-də (abanın 30-da) inqilab məhkəməsində hazır olmalıdır. O, qrup yaratmaq və ümumi asayişi pozmaqda ittiham edilir. Bu barədə “oyan news” məlumat yayıb.

B.Xaliqi 2013-cü il yanvarın 13-də (1391-ci il deyin 24-də),  Marağa əhalisinin İranla Ermənistanın münasibətlərinə qarşı keçirdiyi kütləvi etirazından bir gün sonra Binabda öz evində tutuqlanıb və Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal edilmişdir. O, ETTELAAT idarəsində 1 ay sorğu-suala trtutulduqdan sonra Təbrizin mərkəzi zindanı və oradanda Marağa zindanına köçürülmüşdür.

 

Nəhayət ki, B.Xaliqi 2013-cü il fevralın 20-də (1391-ci il isfəndin 2-də) mülki vəsiqə qarşılığında Marağa zindanından azadlığa buraxılmışdır.

Gunaz tv