Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home AZƏRBAYCAN Güney Azərbaycanda tarixi abidələr məhv olur!

Güney Azərbaycanda tarixi abidələr məhv olur!

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

İran rejiminin qəsdən diqqətsizliyi nəticəsində güney Azərbaycanda tarixi abidələr məhv olmaqdadı.

Orta Şərqin ən qiymətli tarixi abidələrindən olan Meşginin “Şəhəryeri” tarixi bölgəsi Güney Azərbaycanın başqa tarixi abidələri kimi dağıdılmaqdadı. Buna isə məsulların diqqətsizliyi səbəb olub. Meşginşəhrdə Qarasu çayının kənarında yerləşən həmin tarixi ərazinin sahəsi 400 hektardı və burada hərbi qala, məbəd və qoşa təpə yerləşir. 1978-ci ildə xarici arxeoloji (bastanşünaslıq) heyət tərəfindən bölgə araşdırılıb.

 

Məlumata görə, tarixi abidə eradan (miladdan) əvvəl III min illiyə aiddir. Hətta bəzi arxeoloqlar bu tarixi ərazinin yaşının miladdan 9 min il əvvələ aid olduğunu bildirirlər. Lakin tarixi abidə baxımsızlıqla üzləşib və dağılıb məhv edilməkdədir. 

Gunaz tv