Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home AZƏRBAYCAN DÜNYAYA İZ SALAN TÜRKLER-Çingiz Aytmatov

DÜNYAYA İZ SALAN TÜRKLER-Çingiz Aytmatov

İstifadəçi səsi:   / 1
PisƏn yaxşı 

Çingiz Aytmatov əsərləriylə dünya ədəbiyyatında dərin iz buraxan, yeni nəsil yazıçılarına müasir nümunə olan bir yazardır.

Çingiz Aytmatov, hər şeydən əvvəl, böyük bir mütəfəkkir olub. O yaşadığı cəmiyyətin problemlərini, tarix boyu Qırğız xalqına edilən təzyiqləri, milli kimliyi itirmənin acılıqlarını hələ gənc yaşlarından dərk etmişdi. Rusca və ana dili olan qırğız türkcəsində yazdığı əsərləri ilə xalqını oyandırmaqla və aydın gələcəyə səsləməklə yanaşı bəşər övladının hisslərini, duyğularını və problemlərini bəzəksiz-düzəksiz əks etdirirdi.

 

Çingiz Aytmatov sayılan-seçilən bir ailənin uşağı idi. O, 12 dekabr 1928-ci ildə Qırğızıstanın Talas əyalətinə bağlı Şəkər kəndində doğulub. Atası Törekul Aytmatov milli və azad düşüncələrinə görə 1937-ci ildə Stalin dövrünün represiyya qurbanı olmuş, 1938-ci ildə edam edilmişdi. Bu kədərli hadisə 10 yaşlı Çingizin həyatında dərin iz buraxmışdı və həyatına təsir edərək onu sanki yaşından artıq böyütmüşdü. Uşaq yaşlarından etibarən ailənin dolanışığını təmin etmək üçün Çingiz çalışmaq məcburiyyətində qaldı. Bu zaman o həm də atasının buraxdığı mənəvi mirasa – milli və azadlıq düşüncələrinə də sahib çıxmağa çalışırdı. İş həyatına erkən başlaması onu gənc yaşlarından ictimai mühitə yaxınlaşdırdı. Artıq 14 yaşında ikən doğulduğu Şəkər kəndinin kolxoz katibliyində, daha sonra vergilər idarəsində məmur olaraq çalışdı. İş həyatı ilə birlikdə təhsilini də müvəffəqiyyətlə davam etdirən Çingiz 1946-cı ildə Qazaxıstana gedərək burda Cambul Baytarlıq Texnikumunda oxudu. İki il sonra Qırğızıstana dönərək paytaxt Bişkekdə Kənd Təsərrüfatı İnstitutuna daxil oldu və 1953-cü ildə baytar məzunu oldu. Lakin təhsilini aldığı bu sahə onun ruhunu, duyğularını təmin etmirdi. Çünki o çoxdan yazmağa başlamış, könlünü ədəbiyyata vermişdi. Buna görə bir neçə ildən sonra Moskvaya gedib Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa davam etdi.

Çingiz Aytmatovun ilk hekayəsi 1952-ci ildə “Pravda” qəzetində çıxdı. Daha sonra bir neçə hekayəsi çap olundu. Amma onu məşhurlaşdıran 1958-ci ildə nəşr etdirdiyi “Cəmilə” əsəri oldu ki, qısa müddətdə müxtəlif dillərə tərcümə edilərək əldən ələ keçdi. Fransız şair Louis Aragon tərcümə etdiyi bu əsərin ön söz hissəsində "Dünyanın ən gözəl eşq hekayəsi" deyərək onu oxuculara təqdim etdi.

Çingiz Aytmatov “Cəmilə” əsərindən sonra Qızrğız Yazıçılar Birliyinə üzv seçilir. Az sonra "Literaturnıy Kirkiziya" jurnalının baş redaktoru, sonra dövrün məşhur “Pravda” qəzetinin Orta Asiya nümayəndəsi olur. 1963-cü ildə hekayələrini bir araya gətirərək "Steplerden və dağlardan hekayələr" kitabını nəşr etdirir ki, bununla da zamanın ən böyük nişanı olan Lenin Mükafatını qazanır.

Çingiz Aytmatovun uğurlu hekayə yaradıcılığı roman sahəsində artıq zirvəyə çatdı. İlk romanı olan “Torpaq Ana" 1963-cü ildə nəşr olundu. Amma bundan daha çox 1970-ci ildə çıxan “Ağ Gəmi" kitabı şöhrət qazandı. "Gün var əsrə bərabər" kitabı isə Orta Asiya və keçmiş Sovet İttifaqı hüdudlarını daha geniş aşaraq ən çox tərcümə olunan əsər kimi bütün dünyaya yayıldı, sevildi və Çingiz Aytmatov yaradıcılığının zirvə nöqtəsi oldu.

Çingiz Aytmatov ədəbi fəaliyyətlə məşğul olmaqla yanaşı həm də mühüm rəsmi vəzifələrdə çalışmışdı. Təxminən 15 il Sovet İttifaqının Avropa nümayəndəsi olmuşdu. Daha sonra Qırğızıstan səfirliyini təşkil edən Aytmatov həm də YUNESKO və NATO-nun vəzifələrini boynuna götürmüşdü. Eyni zamanda, Qırğızıstanın deputatı idi. 2008-ci il 9 iyun tarixində 21-ci əsr dünya ədəbiyyatı böyük bir yazıçı və mütəfəkkirini itirdi. Amma ölümsüz yazıçının hekayə və romanlarından ilhamlanaraq hələ də əsərlər yazılır, kitabları dünya dillərinə tərcimə edilir, haqqında onlarla doktorluq dissertasiyaları müdafiə olunur, beləcə illər keçir, amma Çingiz Aytmatov yaradıcılığı bizdən uzaqlaşmır, daha da yaxınlaşır.