Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home BƏYANAT

Kürd kökənli Firidun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsi ehtimalı ilə bağlı II bəyanat yayılıb

 

Azərbaycanın qərb bölgəsinin milli-mədəni fəalları Qərbi Azərbaycan Vilayətinə, millətçi kimi tanınan kürd kükənli birisinin vali (ostandar) təyin edilməsi ehtimalı ilə bağlı II bəyanatını yayıb.
Bəyanatda İlam kürdü olan Firidun Hümmətinin Qərbi Azərbaycan vilayətinə vali təyin edilməsinə etiraz edilib və Həsən Ruhaninin seçki qərargahının rəisi Mehdi Əsgərinin ilk öncə kürdün vali  olmasına dəstək verməsi, daha sonra qeyri-müəyyən mövqe sərgiləməsi, eyni zamanda millət vəkili Nadir Qazipurun da mövqeyinin qeyri-müəyyən olması ilə bağlı xəbərdarlıq edilib. Mehdi Əsgərinin Qərbi Azərbaycanda mühacir və terrorçu kürdlərə himayədarlıq etdiyi də xatırladılır.

Ardını oxu...

Güney Azerbaycan Türk Ulusu ve Milli Faallarımızın Diqqetine

 

Bildiyiniz kimi Yurd borcu olaraq Millətimizin qurtuluşu uğrunda əlmizdən gələni əsirgəməmişik. Bu Qutsal Yolda çalışmalarımızın bir hissəsi GAMOH örgütü çatısı altında olmuşdur. Bu örgütdə olduğumuz zaman canı könüllə çalışmışıq.  Nə yazıq ortada yaranan sorunlar nədənilə uğrunda əmək verdiğimiz örgütdən uyğarca, nədənəri açıqlayaraq ayrıldıq.

 Bizim düşüncəmizə görə hər türlü qarqaşa, milli fəalları təxrib etməyə çalışmaq tamamilə Milli mənfətlərimizə zid, düşmanlarımızı sevindirən bir addım ve Milli hərəkatımızın əsas tabanı olan gənc nəslin umudsuzluğuna çalışmaqdır .

Ardını oxu...

Azərbaycanın Qərbinin Müdafiə Komitəsi PKK terroristlərinin Qərbi Azərbaycana daxil olmaları ilə bağlı bəyanat yayıb

 

Azərbaycanın Qərbinin Müdafiə Komitəsi (Bati Azərbaycan Milli Müdafiə Komitəsi) PKK terroristlərinin Qərbi Azərbaycana daxil olmaları ilə bağlı bəyanat yayıb. Bəyanatın bir hissəsində deyilir: “Türkiyənin hakim partiyası- AKP terrorist PKK təşkilatının məhbus başçısı və onların siyasi şöbəsi olan BDP ilə terrorçuların Türkiyəni tərk etmələri barədə anlaşıblar. Bu məsələ Türkiyə dövlətinin mənafeyi cəhətindən önəmlidir. Lakin Azərbaycan türklərinin mənafeyi və təhlükəsizliyinə ciddi şəkildə zərbə vurmaqdadır.

Ardını oxu...

GAMOH`dan Ayrılma nədənlərim

 

  SONSUZ GÖKTENGRİ`NİN ADI BİLƏN

 

GAMOH`dan Ayrılma nədənlərim

 

Sayın oxuyucular 

 

Yoğun istəklər üzərə üstəlik yayılan dəyişik dediqodulara son verilsin diyə GAMOH örgütündən ayrılma nədənlərimi ulu Türk budunun düşüncəsinə sunuram.

Ardını oxu...

Öyrəncilər Vilayətinin anti-türk açıqlaması ilə bağlı bəyanat yaydılar

 

Təbrizin Azad universitetinin öyrənciləri, prezidenliyə namzəd Əli Əkbər Vilayətinin türk dili ilə bağlı səsləndirdiyi fikirə görə etiraz bəyanatı yayıblar.

Bəyanatda qısaca deyilir:

“Böyük Azərbaycan milləti, 3-cü gün Təbrizin Azad universitetində baş verən hadisə İranda yaşayan millətlərin milli və qanunni haqlarına qarşı şovinist başçılarının rəftarlarından bir damla idi. O, elə bir universitet və elə bir öyrəncilər qarşısında çıxış edirdi ki, onun tək bir milli və qanuni icması (Arman təşəkkülü) fars şovinizminin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin məsulları tərəfindən qapadıldı və Vəhid Şeyxbəyli kimi əsas üzvləri namərdcəsinə həbs edildi. Vilayəti türk dili və anayasanın 15-ci əsli ilə bağlı sualdan elə yayındı ki, bütün tədbir iştirakçıları Vilayəti və 1+2 koalisiyasının (Həddad Adil, Vilayəti, Qalibaf) şovinisti təfəkkürünə agah oldular”.

Ardını oxu...

Elyar Təbrizli: “GAMOH lideri eqoist yanaşmasından və mənəm-mənəmlik siyasətindən əl çəkmədi”

 

Müsahibimiz bu günlərdə Güney Azərbaycan Milli Oyanış Hərəkatından istefa vermiş, Kanadada yaşayan milli fəal Elyar Təbrizlidir.

- Elyar bəy, özünüz barədə məlumat verin. Milli hərəkata nə zaman qoşulmusuz?

- 20 Dekabr 1970- tarixlində Təbriz şəhərində çəlişkili dünya görüşünə sahib bir ailədə doğulmuşam. Mərhum böyük Nənəm Tərlan xanım bir yenilikçi və aydın xanım olaraq Azərbaycan Milli Demokrat Firqəsinin (AMDF) qadın zabitlərindən olmuş və milli hukumətin sıralarında qulluq etmişdir. Azərbaycan Milli hukuməti devrildikdən sonra ağır əzab və əziyətlərə məruz qalmış və sonra həyatına müəllim olaraq davam etdirmişdir. Nənəm Ayətullah Şəriətmədarinin Təbriz üzrə rəsmi nümayəndəsi və eyni zamanda 1979-cu il İran İnqilabının rəhbəri Ayətullah Xomeyninin məntiq və fəlsəfə müəllimi olmuş Ayətullah Müctehid Sərabinin həyat yoldaşı olmuşdur.

Ardını oxu...

Başı uca Azərbaycan Türk Milləti, Saygı Dəyər Medya Mənsyblarının Diqqətinə ;

 

Bildiyiniz kimi 12.14.2012 tarixində GAMOH təşkilatından ayrılma qərarımı açıqladım. Bu olayın ardından Sayın GAMOH Başqanı Dr. Çöhrəqanlı  bəlli şəxslərin vasitəsi ilə ortada olan sorunların həll edilməsinə yönəlik müzakirələr aparıldı. Müzakirələr sonucunda müvafiq şəxslərə yığcam şəkildə Başqanlıq tərəfindən təşkilatın nizamnamə  və stratejik xəttinə əməl olunmamasını bildirmişdim. Bu  olayda sayın GAMOH başqanı  mənə müraciət edərək Təşkilatın daha disiplinli və  tam nizamnayəyə dayalı çalışacağına söz verdilər. Təəssüflə bildirməliyəmki O, gündən bəri nəsə müsbətə doğru heç bir dəyişim gərçəkləşməmiş və tam tərsinə çox üzücü olaylara şahid olmaqdayıq.

Ardını oxu...

GAMOH-un Dünya Qadın Günü Munasibəti ilə Bağlı Beyanatı

 

Qəhrəman Azərbaycan-Türk Milliəti!

Azərbaycan milləti azadlıq və insanların bərabərliyi uğrunda əsirlər mubarizə etmiş bir millətdir.Şərqin ilk cumhuriyyətini quran Azərbaycan Türkünün, özəlliklə qadın huququna gələnəksəl olaraq inandığı üçün, ayrı kültürlərdən axıb gələn ayrı-seçkilik qurallarına qarşı mubarizəsi daha aydındır. Şərqdə ilk dönə olaraq qadınlara siyasi huquq tanıyan və qadın kişi bərabərliyini siyasi alanda gerçəkləştirən də elə Azərbaycan Türkləri olmuşdur. Azərbaycan Türklərinin həm əski inanclarında həmdə modern hərəkətlərində qadın huququna sayğı olub və gözlənilməkdədir.

Ardını oxu...

108 nəfər azərbaycanlı fəal İran-Ermənistan əlaqələrinə sərt etiraz ediblər

 

Azərbaycanlı fəallar İranla işğalçı Ermənistanın müxtəlif sahələrdəki əlaqələri və buna etiraz edən milli-mədəni fəalların tutuqlanmasına sərt etiraz ediblər.

Etiraz bəyanatını 108 nəfər qorxmaz və cəsarətli azərbaycanlı milli-mədəni fəal imza edib.

Bəyanatı olduğu kimi təqdim edirik:

Ardını oxu...