Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home BƏYANAT Başı uca Azərbaycan Türk Milləti, Saygı Dəyər Medya Mənsyblarının Diqqətinə ;

Başı uca Azərbaycan Türk Milləti, Saygı Dəyər Medya Mənsyblarının Diqqətinə ;

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

Bildiyiniz kimi 12.14.2012 tarixində GAMOH təşkilatından ayrılma qərarımı açıqladım. Bu olayın ardından Sayın GAMOH Başqanı Dr. Çöhrəqanlı  bəlli şəxslərin vasitəsi ilə ortada olan sorunların həll edilməsinə yönəlik müzakirələr aparıldı. Müzakirələr sonucunda müvafiq şəxslərə yığcam şəkildə Başqanlıq tərəfindən təşkilatın nizamnamə  və stratejik xəttinə əməl olunmamasını bildirmişdim. Bu  olayda sayın GAMOH başqanı  mənə müraciət edərək Təşkilatın daha disiplinli və  tam nizamnayəyə dayalı çalışacağına söz verdilər. Təəssüflə bildirməliyəmki O, gündən bəri nəsə müsbətə doğru heç bir dəyişim gərçəkləşməmiş və tam tərsinə çox üzücü olaylara şahid olmaqdayıq.

 

 Bu qəbul edilməz üzücü durumu nəzərə alaraq ulu Millətimiz qarşısında üzərimə düşən milli və vicdani vəzifəmi yerinə yetirmək məqsədi ilə tam saygılarımla qısaca bəzi istifa səbəblərimi açıqlayaraq. Bu günüdək bu yolda əməklri olan fikirdaşlaımızadan təşəkkür edib  GAMOH-da qalan soydaşlarımıza başarılar diləyərək GAMOH təşkilatından ayrıldığımı bildirirəm.

 

Başlıca istifa səbəblərim

 

1. Nizamnamənin önəmsənilməyərək heçə sayılması;

İrandan Türkiyəyə gəldiyim May 2010 tarixindən bəri olduqca passiv durumda olan GAMOH təşkilatını gecə-gündüz demədən ayaqda tutmaq, işlərə çəki-düzən vermək məqsədi ilə böyük əmək sərf etdik və sonuçda Milli Hərəkət və Təşkilatın tarixində böyük başarılara imza atdıq. Təşkilatı ayağa qaldırdıq  və ən güclü səviyyəyə qaldırdıq. 04 fevral 2012 tarixində  təşkilatın Ankarada çox başarılı Qurultayını keçirdik. O tarixdən bəri hər zaman Başqan tərəfindən Yönətim qurulunda alınan qərarla bu səbbələrə görə tənqid edilir və anlaşılmazlıqların yaranmasına nədən olurdu. Məsələ aydınlaşsın deyə qeyd etməyim yerinə düşərki keçirdiyimiz son Qurultayda  yek dilliklə qəbul edilmişdirki Yönətim Qurulunda səs çoxluğu ilə alınan qərarlar təşkilatın ən yüksək hüquqi qüvvəyə sahib qərarlardır və açıqca Başqanın veto haqqı ortadan qaldırılmışdır. Ancaq sayın başqan  Nimaznamənin gərəkcələrini nəzərə almayaraq razılaşmadığı məsələlər üzərinə Yönətim Qurulu tərəfindən səs çoxunluğu ilə çıxarılan qərarları rədd edir və Yönətim Qurulu üyələrini daim hesaba qoymurdu.

 

2. Bu günə kimi dəfələrcə istəklərimizə baxmayaraq hələ də Təşkilatın əsas hüquqi varlığını təsbit edən son Qurultayda təyid olunan Nizamnaməsini anasitədə yerleşdirilməməsi;

 

3. GAMOH Başqanlığı tərəfindən təşkilatın məsullarını xəbərdar etmədən görüşlər keçirmək və yönətim qərarlarını heçə saymaq;

 

4. Başqanlıq tərəfindən Təşkilata aid olan bütün Vebsitələr və  UNPO nümayəndəliyinin manipoliyaya (inhisara) alınması.

 

5- təşkilatda şübhəli  bilinən şəxsləri  cəzalandırmaq və təşkilatdan uzaqlaşdırmaq yerinə duyarsız qalmaq. Bir sözlə  Başqanlıq GAMOH-un gerçək sistemləşmiş bir təşkilat kimi çıxış etməsinə deyil, əksinə başqanı təbliğ edən bir qrup olmasına özən göstərməsi;

 

6. Başqanın Tənqidlərə dözümsüz və sərt qarşı qoyan və önəriləri qəbul etməz bir xususiyətə sahib olması. bu açıdan başqan tərəfindən bir çox zaman sərt təpkilərə məruz qalmışam. Təşkilatda üyələr arasında olan probleməri, şikayətləri həll edilməsi üçün Başqana söylədiyimdə araşdırmaq yerinə bu qonuları mənə qarşı su qullanması və  bir başa və dolaylı yollarla bəlli şəxsləri mənə qarşi təhrik etməyə çalışmasını nümunə olaraq göstərə bilərəm;

7. İstefaya gedən üyələri çeşitli yollarla təhdid etməsi.

8. Təşkilatın Nizamnaməsində asla yeri olmayan və adı belə keçməyən və təşkilatın müvafiq strukturlarının xəbəri olmadan öz başına “GAMOH Başqanlıq Ofisi” deyə bir orqan təsis etmək və həmin orqanın sorumluluğunu isə bəlli şəxsə buraxması və hətta qonu ilə ilgili tanıtım kartları basdıraraq hər kəsə yayması;

9. Son olaraq Təşkilatın Yönətim Qurulu üyələrinin uzun sürəli toplantılarıa qatılmamaları, üçün  bir sıra ciddi sorunlar yaranmışdır. Yönətim üyələrinin haqqında  varolan sorunlar nədəni ilə bir sıra təşkilat mənsubları o cümlədən Başqanın siyasi müşaviri Aydin bəy Qaraxanlının  və bir sıra başqa yönətim qurulu  habelə təşkilat mənsublarının istəyi üzərinə və başqa yetersizliklər nədənilə Yönətim Qurulu yenidən seçimə getməsi istənildi və qəbul edildi. Eynı zamanda Dr. Çöhrəqanlı bəy  Yönətim toplantısına bir başa qatılaraq seçimin gərəkli olduğunu ortaya qoydu. Bunun  ardından Yönətim Qurulu olaraq toplandıq və üyələrin hamısının müsbət səsi ilə seçimə gedilməsi üçün gərəkən  hazırlıqlar aparıldı. Seçim məsələsi bütün üyələrə açıqlandı. Yönətimə aday olmaq istəyən üyələr adaylıqların bildirdilər. Seçimə iki gün qalan hələdə bəlli olmayan səbəblərdən dolayı Sayın Dr. Çöhrəqanlı Tərəfindən seçim  durduruldu. Bu iş yenə tamami ilə  Nizamnaməyə zid bir addımdır.

 

Istratejik Nədənlər:

 

- Hər zaman sayın Dr Çöhrəqanlının dünya, bölgə və özəlliklə hərəkətimizin  amaclarını düşünmədən poblosist çıxışları olmuşdur. Bu çıxışlar Təşkilatı və üyələrinin təhqir olmasına və illərcə enerjilərinin boşuna getməsinə səsəb olmuşdur. Örnəyin Apadana TV-dəki  çıxışları vəya  Okrayna da keçirilən DAK toplantısındakı çıxışları;

- Təşkilat olaraq sistemli fəaliyətimizi əngəlləməsi və bütün ilişgilərdə fərdiyətçi davranması;

- Təşkilatın heç zaman dik duruşu sərgilənməmişdir. Sadəcə zaman-zaman birilərinə yandaş kimi davranışlar sərgilənmişdir. Bəlli şəxslərə var olan ixtilaflarda yandaşı olaraq rol alınmışdır. Hala GAMOH təşkilatı olaraq istər Quzey Azərbaycan istərsədə Türkiyəyə yönəlik doğru-düzgün bəlirlənmiş və uzağa hesablanmış siyasətimiz bəlli deyildir.

- Siyasi düzeyi düşünmədən Quzey Azərbaycan Hakimiyətinə qarşı, aşırı dərəcədə saldırqan siyasət və bir anda ise tam yumuşalmış və tabe siyasət sərgiləməsi və çox rahatlıqla illərcə Təşkilata əmək verənləri uzaqlaşdırması və üzülməsinə yol verməsi .

 

- Güney Azərbaycan Türkçülük savaşını duyarsız qalaraq, Türkiyədə Güney Hərəkətinə yetərli dəstək və planları olmayanların reklam maşınına çevrilmək, bir sözlə Güney Azərbaycan mərkəziyyətindan uzaqlaşması;

 

İstefaya gədənlər haqda:

 

GAMOH Tərəfindən isstifaya gedənlər haqda yayınlanan bildiridə bəzi boş ittihamların yer almasını GAMOH  adına  üzücü hərəkət hesab edirəm. Hər şəxs bir Təşkilata üyə olabilər və üyəlikdən ayrılada bilər. Bu olay və başqa məsələlər haqda bildiklərimdən tam olmasa da, bir neçəsini açıqlamaq istərdim. Milli Hərəkatımızın durumunu düşünərək bir sıra məsələlərin açılmasını doğru bilmirəm.

 

1. Hatəm Şahsevən : Mən Təşkilatın üst düzeyinin  tapşırıqları əsasında Hatəm bəy şahsevənlə GAMOH-un Quzey Azərbaycan təmslçisi olması yönündə 2012-ci ildə müzakirələr apardım, ancaq Hatəm bəy təşkilatın təmsilçiliyini qəbul etmədilər. GAMOH Təşkilatının yayınladıği bildiridə Hatəm bəyin Təşkilata üyə olmaması irəli sürülmüşdür! Bu şəxs üyə deyildirsə nədən, Hatəm bəydən bəlli miqdarda Üyəlik olaraq para alınmışdır?! 

 

2. Aydın bəy Qaraxanlı :  Ömrünü bu Təşkilatın uğrunda verən, milli ideyamıza var-yoxunu fəda edən silahdaşımızdır.  Qurultaya qatılmış və səs vermiş , tədbirlərə,gənəl toplantılara qatılmış Təşkilata ən böyük maddi mənəvi dəstək və əməkləri olmuşdur.

 

3. Leyla  xanım Mola: mənim  həyat yoldaşım olaraq 1998-ci ildən etibarən mənimlə çiyin-çiyinə bu qutsal yolda var gücü ilə çalışmışdır. , bir müddət GAMOH-un xəbər Ajansı olan Sananews sitəsini çalışdırmışdır. Qurultaya qatılmış və səs vermiş ,üyəlik haqqı ödəmiş, tədbirlərə,gənəl toplantılara qatılmışdır.

 

4. Ərsəlan bəy Kamrani: Türkiyədə GAMOH-a üyə olmuş, bir müddət GAMOH-un xəbər Ajansı olan Sananews sitəsini çalışdırmışdır. Qurultaya qatılmış və səs vermiş , tədbirlərə,gənəl toplantılara qatılaraq çalişmalarını dəvam etmişdir.

 

5. Hüseyn bəy Təbrizli: mənim yurd dışına çıxmamdan öncə o zamankı şərtlərdə GAMOH-a üyə olmuşdur. Qurultaya qatılmış və səs vermiş,üyəlik haqqı ödəmiş, tədbirlərə,gənəl toplantılara qatılaraq fəaliyətini sürdürən üyələrimizdən olmuşdur.

 

6. Nəvid bəy Soltani : təşkilatın üyəsidir, Qurultaya qatılmış və səs vermiş, tədbirlərə,gənəl toplantılara qatılaraq fəaliyətini sürdürən üyələrimizdən olmuşdur.

 

7. Zaman bəy Əlioğlu:  təşkilatın, Qurultayına qatılmış və səs vermiş, tədbərdə iştirak edərək fəaliyətini sürdürmüşdür.

 

8. Elyar bəy Təbrizli : Çox əskidən Sayın Dr Çğhreqanlı ilə bərabər olmuş, Qurultaya qatılmış və səs vermiş,  üyəlik haqqı ödəmiş dəyərli fəaliyətini sürdürmüşdür. Elyar bəy çox saygın ve duyarli fikirdaşımızdır.

 

 

 

Son olaraq bir daha sayin GAMOH başqanına tüm saygılarımla başarılar diləyirəm.

 

Sayğılarımla

Cavad Əbbasi

 Sözdə GAMOH gənəl Başqan Yardımcısı və

Yönətim Qurulu üyəsi

 

03/27/2013