Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home DÜNYA ABŞ VƏ AMERİKA

Vaşinqtondan İran açıqlaması

 

 Dövlət katibi Con Kerri ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İran ilə diplomatiya pəncərəsini araladığını deyib.

Nüvə proqramı sahəsində ABŞ-ın İran ilə diplomatiya pəncərəsi aralanıb. Bu açıqlamanı ABŞ dövlət katibi Con Kerri verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Kerri Kaliforniyada İsrail Xalqla əlaqələr komitəsinin keçirdiyi konfransa Londondan canlı bağlantı ilə qoşulub.

 "Pis bir razılaşmadansa, heç bir razılığın əldə edilməməsi yaxşıdır".

Ardını oxu...

Prezident xarici səfərlərini ləğv edib

 

 ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın ölkədə yaranmış büdcə böhranı səbəbiylə Asiya-Sakit okean (iqyanus) ölkələrinə edəcəyi bütün xarici səfərlərini ləğv etdiyi açıqlanıb.

Medianın yaydığı məlumata görə, Obama 4 ölkəyə edəcəyi görüşü ləğv etdikdən sonra ABŞ-ı dövlət katibi Con Kerry  təmsil edəcək.

Ağ Evdən verilən məlumata görə,  Nümayəndələr Palatasındakı Cümhuriyyətçilərin səfərlərin ləğv etmələrinə səbəbkar olmaları ABŞ-ı inkişaf etməkdə olan ölkələrlə daha yaxından əməkdaşlığına mane olur.

Ardını oxu...

Obama Konqresi mühacirətə dair qanunu qəbul etməyə çağırıb

 

ABŞ prezidenti Barak Obama Konqresin Nümayəndələr Palatasını sərhəd təhlükəsizliyini gücləndirəcək və hazırda Birləşmiş Ştatlarda qeyri-qanuni yaşayan insanların vətəndaşlıq almasına yol açacaq Senat tərəfindən dəstəklənən mühacirətə dair qanunu qəbul etməyə çağırıb.

Cənab Obama şənbə günü Amerika xalqına həftəlik müraciətində deyib ki, Senatda demokratların əksəriyəti tərəfindən qəbul edilən qanun layihəsi Amerika iqtisadiyyayıtının inkişafına xidmət edəcək. O, mühacirətə dair islahatın yüksək peşəkarlığa malik mühacirlərin, eləcə də ABŞ-ın kollec və universitetlərindən təhsil alan tələbələrin öz bizneslərinə başlaması və Amerikada yeni iş yerlərinin açılmasını yüngülləşdirə biləcəyini bildirib.

Ardını oxu...

ABŞ-da "Boeing 777" qəzaya uğradı: 2 ölü, 181 yaralı

 

San-Fransisko aeroportunda “Boeing 777” tipli təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 181-ə çatıb.ABŞ-ın San-Fransisko şəhərinin (Kaliforniya ştatı) hava limanında Seuldan gələn “Asiana Airlines”  Cənubi Koreya aviaşirkətinə məxsus “Boeing 777” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. “İTAR-TASS”ın  verdiyi xəbərə görə, bu barədə ABŞ Federal aviasiya şirkəti məlumat yayıb.

Qeyd edək ki, bu tip təyyarə göyərtəsinə 400-dək sərnişin götürmək imkanına malikdir.  Hadisə yerində güclü yanğın müşahidə olunub.  

Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub.

Təyyarənin göyərtəsində 290 sərnişin olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Ardını oxu...

Arizonada 19 yanğınsöndürən həlak olub

 

 ABŞ-ın Arizona ştatındakı meşə yağınlarının söndürülməsi zamanı 19 yanğınsöndürən həlak olub. Yanğından mühafizə xidmətinin daha bir əməkdaşının isə ağır yanıq xəsarətləri ilə xəstəxanada olduğu bildirilir. Hazırda alov hər saat 1 kilometrə yaxın yayılır.

Yanğın bazar gününə keçən gecə ehtimallara görə ildırım nəticəsində başlayıb. Alov indiyədək 5 min kvadrat kilometrdən artıq ərazini cənginə alıb, 50 yaşayış evi məhv olub. Yanğının söndürülməsi üçün 250 yanğınsöndürən, eləcə də, 7 helikopter göndərilib. Güclü külək və aşağı rütubət nəticəsində yanğın sürətlə yayılır.

Ardını oxu...

Amerikada fəlakət: 51 ölü

 

ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Oklahoma ştatında (əyalət) baş vermiş qasırğa 51 nəfərin həyatına son qoyub.

ABŞ-ın mərkəzi hissəsində Oklahoma ştatının inzibati mərkəzi olan Oklahoma-Siti şəhərinin üzərindən keçən güclü qasırğa nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

Bundan əvvəl 10 nəfərin, o cümlədən 7 uşağın, daha sonra 37 nəfərin öldüyü bildirilirdi.

Ardını oxu...

Amerikanın Devlet departmanı qarşında Anadili Günü Munasibetile Tedbir keçirilib

 
Tebriztimes,  xeber ajansının muxabirinin verdiği melumata göre bu gün 22 fervral saat 10.30 deqiqe etibarila  bir sıra Güney Azerbaycanlılar, Quzeyli soydaşlarımızla birlikde İran rejimi terefinden 35 milyon Güney Azerbaycanlı soydaşlarımıza qarşı yürütülmekde olan asimilasiyon siyasetlerini qınamaq ve siyasi mehbusların azadlığını teleb etmek için aksiya keçirilibdir. Bu tedbirde soydaşlarımızın ellerinde,  üzerinde fars şövönizmine yox, irqçı  ıran rejımını qınayan pankartlar götürmüşler.

Ardını oxu...

Dünya Ana Dili Günü münasibətilə Amerikada yaşayan güney azerbaycanlılar aksiya keçirəcəklər

 

ABŞ-da (Amerika Birləşmiş Ştatları) yaşayan soydaşlarımız Dünya Ana Dili Günü münasibətilə aksiya (yürüş) keçirəcəklər.

Aksiya cuma günü fevralın 22-də (isfəndin 4-də) ABŞ-ın Xarici İşlər Nazirliyinin öündə keçiriləcək. Aksiyada rasist İran rejiminin 30 milyondan artıq Azərbaycan türkünün dilini qadağan etməsi və onlara qarşı yürüdülən assimilyasiya siyasəti pisləniləcək.

Ardını oxu...

Türkiyə ölkəsindəki ABŞ səfirinə xəbərdarlıq etdi

 

Rəsmi Ankara Birləşmiş Ştatların Türkiyədəki səfiri Frensis Riçiardoneyə fəaliyyət göstərdiyi ölkənin məhkəmə-hüquq sistemi və daxili işlərinə müdaxilə etdiyi üçün xəbərdarlıq edilib.

Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilən amerikalı diplomatın fevralın 5-də Ankaradakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzindəki konfransda dilə gətirdiyi Türkiyədəki məhkəmə sistemindəki nöqsanlar haqqındakı fikirləri başqa dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib. İqtidarda olan Ədalət və İnkişaf Partiyasının funksionerləri də F.Riçiardoneni “həddini aşan bəyanatlar verməkdə” ittiham edib.

Ardını oxu...