Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home DÜNYA AFRİKA

Misir yenə qan içində: 44 ölü

 

 Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında baş vermiş qarşıdurmalar zamanı çoxsaylı ölən və xəsarət alan var.

Polisin nümayişçilərə atəş açması nəticəsində ölənlərin sayının 44-ə, xəsarət alanların isə 240-a çatdığı bildirilir. Bu barədə Trend Türkiyə mediasına  istinadən məlumat yayıb.

Misir Səhiyyə Nazirliyi bu ana qədər 40-ı paytaxt Qahirədə olmaqla ölkə ərazisində ən azı 44 nəfərin həyatını itirdiyini, 240-dan çox insanın isə yaralandığını açıqlayıb.

Ardını oxu...

Məhəmməd Mursiyə qarşı cinayət işi qaldırıldı

 

Misir prokurorluğu hakimiyyətdən devrilən keçmiş prezident Məhəmməd Mursiyə qarşı cinayət işi qaldırıb. O, casusluqda, zorakılığa təhrikdə və ölkə iqtisadiyyatına ciddi ziyan vurmaqda ittiham olunur.

 

Məhəmməd Mursi iyulun 3-də həbs edildikdən sonra ordunun nəzarəti altında gizli yerdə saxlanılır. Lakin bu günədək ona qarşı rəsmi ittiham irəli sürülməmişdi.

 

Prokurorluğun yaydığı bəyanatda deyilir ki, Məhəmməd Mursi ilə yanaşı, "Müsəlman qardaşları" hərəkatının 8 üzvü, o cümlədən, hərəkatın lideri Məhəmməd Badiyə barəsində də araşdırma aparılacaq. 

Ardını oxu...

Mısır'da ordu yönetime el koydu

 

Misir Müdafiə naziri Abdülfettah əl Sisi, aylar sürən uzlaşma çağırışlarına cavab verilməməsi səbəbiylə ordunun konstitusiyanı təxirə alaraq məsuliyyəti boynuna götürdüyünü söylədi. Şərhdən satırbaşları;

Konstitusiya təxirə salındı. Teknokrat bir hökumət oluşturulucak.

Misir hərbi gücləri, ötən ay ərzində müxtəlif cəhdlər tapılmışdır bilvasitə ya da doğrdudan.

Misir ordusu uzlaşma çağrılareında tapıldı. Yağtığımız uzlaşma çağırışları Başçılıq tərəfindən rədd edildi.

Ardını oxu...

Misirdə 11 nazir istefa verdi, Obama Mursiyə get dedi

 

Misirdə baş verən qarşıdurmalardan sonra 11 nazir eyni zamanda istefa ərizəsi verib. Onlar hazırkı prezident Məhəmməd Mursinin siyasəti ilə razı olmadıqları üçün bu addımı atıblar. Nazirlərin müxalifətin tərəfinə keçəcəkləri istisna edilmir. Bu barədə məlumatı “Əl-Ərəbiyə” kanalı yayıb.
 
Qeyd edək ki, bundan öncə 4 nazirin istefa verdiyi bildirilirdi. Onlara qoşulanlar siyahısında ədliyyə, mülki aviasiya naziri, dövlət başçısının müşaviri, Ordu Baş qərargah rəisi postunu tutan, eləcə də İsmayıliyyə və Soxaq şəhərlərinin qubernatoru olan Sami Anan da qoşulublar.
 
Lakin Mursi və baş nazir Hişam Kandil ərizələrin hamısını geri qaytarıb.

Ardını oxu...

Misirdə vəziyyət partlayış həddinə çatdı

 

Misir ordusu ölkə hakimiyyəti qarşısında ultimatum qoyub. Müdafiə naziri bildirib ki, siyasətçilərin xalqın tələbini yerinə yetirmək üçün 48 saatı var. Əgər bu baş verməsə, hərbçilər ölkədə vəziyyət öz nəzarətlərinə götürəcəkləri ilə hədələyirlər. Ölkədə vəziyyət partlayış həddinə yaxındır. İri şəhərləri bürüyən iğtişaşlar nəticəsində ölənlərin sayı 20-yə çatıb. 1000-ə yaxın yaralı var.

Qahirədə toqquşmalar və talanlar baş verir. Kütlə Azadlıq və ədalət partiyasının qərargahını ələ keçirib. "Müsəlman qardaşları" hərəkatının qərargahlarından biri də zəbt edilib. Əvvəlcə binanın pəncərələrinə yandırıcı maddə dolduruşmuş butulkalar atılıb. Buna cavab olaraq, atəş açılıb. Daha sonra gənclər qərargaha hücum ediblər və onu ələ keçiriblər. Sənədlər yandırılıb, texniki avadanlıqlar sındırılıb, satılması və istifadəsi mümkün olan hər şey daşınıb.

Ardını oxu...

Misir dövləti parçalanır?

 

Port-Səid vilayəti Misirin tərkibindən ayrılmaq istəyir

Misirdə baş verən siyasi qarşıdurmalar fonunda Port-Səid vilayətinin sakinləri öz müstəqilliklərini elan ediblər.

Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verib. Agentliyin məlumatına görə, ötən gecə on minlərlə adam küçələrə çıxaraq vilayətdə fövqəladə vəziyyət elan edilməsinə etiraz ediblər. Bazar günü axşam ölkənin bir sıra iri şəhərlərində baş verən qarşıdurmalarla əlaqədar Misir Prezidenti Məhəmməd Mursi üç vilayətdə – Port-Səid, Sueş və İsmailiyədə 30 günlük fövqəladə vəziyyət elan edib.

Ardını oxu...

Nelson Mandela xəstəxanadan azad edildi

 

Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandela bir neçə həftə əvvəl yerləşdirildiyi xəstəxanadan azad edilib.

ANN.Az-ın “BBC”-yə istinadən verdiyi xəbərə görə, o müalicəsini Yohannesburqdakı evində davam etdirəcək.

Ardını oxu...

ABŞ Afrikanın 35 ölkəsinə hərbçi göndərir

 

ABŞ 2013-cü ildə 35 Afrika ölkəsinə hərbiçi göndərmək üçün hazırlıqlara başlayıb. Məlumata görə, Afrika ölkələrinə göndərilən amerikalı hərbiçilər anti-terror əməliyyatlarında iştirak edəcəklər.

Ardını oxu...

MİSİRDƏ KÜTLƏVİ ACLIQ AKSİYASI BAŞLAYIB

 

Misirdə islamçıların dəstəklədiyi konstitusiya layihəsinə qarşı yeni etirazlar dalğası yaranıb. Bazar günü keçirilmiş referendumun ilkin nəticələri ölkənin gələcək qanunvericiliyinin misir xalqınını 2 cəbhəyə ayırdığını bir daha göstərir. Prezident Məhəmməd Mursinin əleyhdarlarından ibarət bir qrup etirazçı, Qahirədə aclıq aksiyasına başlayıb.Hələ sayları az olan aclıq aksiyaçıları, Misir prezidenti istefa verməyənədək cən əlləri çörəyə dəyməyəcəyinə söz verib. Prezident sarayı yaxınlığında düşərgə salmış aksiya iştirakçıları, Məhəmməd Mursinin prezident kimi legitimliyini itirdiyini idda edir.

Ardını oxu...