Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home DÜNYA AVROPA

Şimali Kiprdən yeni xəbərlər (21 iyun)

 

BAŞBAKAN SİBEL SİBER ABD BÜYÜKELÇİSİ KOENIG’İ KABUL ETTİ
 
Başbakan Sibel Siber, ABD Büyükelçisi John Koenig’i kabul ederek bir süre görüştü.
 Başbakanlık Basın ve Halkla İlişkiler Müdürlüğü’nden verilen bilgiye göre, Başbakanlıkta dün saat 9.00’da gerçekleştirilen kabulde, ABD Büyükelçisi John Koenig Başbakan Sibel Siber’e yeni görevinde başarılar diledi.

İSRAİLLİ DİPLOMAT’IN OĞLUNA DAYAK İSRAİL’DE GÜNDEME OTURDU

Ardını oxu...

Moskvada beş azərbaycanlı saxlanılıb

 

Moskvanın cənubunda avtomobildən havaya atəş açan azərbaycanlılar saxlanılıb. APA-nın verdiyi xəbərə görə, saat 17.00 radələrində Yasenevo küçəsindən keçən “Porsche Cayenne” və “Volkswagen Multivan” markalı avtomobildən atəş açıldığı haqqında polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat nəticəsində 5 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq, Orexovo-Borisovo Severnoye daxili işlər şöbəsinə aparılıb.

Ardını oxu...

Eurovisionu Danimarka qazandı - (Video)

İsveçin Malmo şəhərində keçirilən Eurovision mahnı yarışmasının qalibləri bəlli oldu. İlk yeri Danimaka tutdu. Azərbaycan bu dəfə də bu nüfuzlu mahnı yarışmasında böyük uğur qazandı. Fərid Məmmədov Hold Me adlı mahnı ilə ölkəsinə ikincilik qazandırdı. 3-cü yeri Ukrayna tutdu.

İsveçin Malmö şəhərində "Malmö Arena"da  təşkil olunan mahnı müsabiqəsini ənənəyə uyğun olaraq yarışmanın ötən ilki qalibi Loreen "Euphoria" mahnısı ilə açdı.

Ardını oxu...

Azərbaycan “Eurovision-2013”ün finalında

 

İsveçin Malmö şəhərində “Eurovision-2013” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb. Finala Macarıstan (ByeAlex), Azərbaycan (Fərid Məmmədov), Gürcüstan (Sofo Qelovani və Nodiko Tatişvili), Rumıniya (Çezar), Norveç (Marqaret Berger), İslandiya (Eytour İnqi Günnlöygsson), Ermənistan (“Dorians”), Finlandiya (Krista Sieqfrids), İsveçrə (“Takasa”), Malta (Canluka Bezzina) və Yunanıstan (“Koza Mostra” və Aqafonas İakovidis) müsiqiçiləri finala vəsiqə qazanıblar.

Ardını oxu...

Böyük Britaniyada Azərbaycan dilində qəzet

 

Böyük Britaniyanın ali məktəblərində oxuyan tələbələr və məzunlar tərəfindən könüllü olaraq ərsəyə gətirilən azərbaycanca aylıq ictimai-mədəni gənclik qəzeti “Birliy”in ilk nömrəsi fevralın 14-də çap edilib.

Baş redaktor Səməd Səfərovun bildirdiyinə görə, 500 tirajla dərc edilmiş qəzetin bütün nömrələri bir həftə ərzində London Siti, Vestminister, Mançester, Nyukasl, Aberdin və digər universitetlər də daxil olmaqla, Böyük Britaniyanın müxtəlif bölgələrindəki 25 ali məktəbə paylanıb.

“Birlik” qəzetinin ilk nömrəsinin səhifələrində “Xarici pasportu itirdikdə nə etməli?”, “Britaniya xalqlarının mənşəyi”, “Britaniyada sürücülük vəsiqəsi”, “Ah, bu çətin qürbət həyatı”, “Tələbənin mətbəx gündəliyi” və s. adlarda məqalələr dərc edilib. Uels Universitetinin məzunu Soltan Bayramov “Xaricdə təhsil və gələcək karyera qayğıları” məqaləsində təhsildən sonra tələbələrin qısamüddətli Britaniyada qalıb işləmək və ya birbaşa Azərbaycana qayıtmaq seçimlərini müzakirə edib. Mançester Universitetinin tələbəsi Ziya Qafarlı “Novruz bayramı tədbirinin təşkili üzrə məsləhətlər” məqaləsində isə gələn ay bayram münasibətilə mədəniyyət tədbiri təşkil etməyi arzulayan tələbələr üçün dəyərli məlumatları bölüşüb. London Siti Universitetinin məzunu Aynur İsparova isə “Tələbəlik həyatımdan bir tarixçə” məqaləsində tələbə ikən təhsil aldığı universitetdə öz rəhbərliyi ilə Azərbaycan Tələbə Cəmiyyətinin əsasının qoyulması tarixçəsini təsvir edib.

Ardını oxu...

Ukraynada “Xocalı Ayı” elan edildi

 

Ukrayna Azərbaycanlı Gənclər İttifaqı (UAGİ) Ukraynada elan etdiyi “Xocalı ayı” çərçivəsində qarşıdakı tədbirlər planını təsdiq edib.

UAGİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq keçirilmiş iclasda ittifaqın rəhbəri Anar Tahirov Xocalı faciəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirlərin əvəzsiz rolunu qeyd edib.

Ardını oxu...

Avropa İttifaqından Ermənistana Xocalı aeroportu ilə bağlı məktub

 

Avropa Azərbaycan Cəmiyyətinin Brüssel nümayəndəliyi Ermənistanın Xocalı aeroportunu yenidən açması planı ilə əlaqədar Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya və Avropa parlamentindəki Avropa Xalqları Partiyası (EPP), Sosialistlər və Demokratların Proqressiv Alyansı (S&D), Avropanın Liberallar və Demokratlar Alyansı (ALDE), Yaşıllar/Avropa Azad Alyansı (Greens/AFE), Avropa Mühafizəkarlar və İslahatçılar qruplarının sədrlərinə məktub göndərib.

Cəmiyyətdən verilən məlumata görə, müraciətdə qeyd edilir ki, Avropa Azərbaycan Cəmiyyəti Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı ciddi şəkildə qınayır.

Ardını oxu...

Şimali İrlandiyada Azərbaycan müzakirələri

 

Belfastda Şimali İrlandiya Assambleyasında keçirilən görüşdə Azərbaycanla Şimali İrlandiya arasında inkişaf edən münasibətlər müzakirə olunub.

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkil etdiyi görüşdə 60-a yaxın şəxs, o cümlədən Qanunvericilik Assambleyasının 10 üzvü iştirak edib.

AAC-dan verilən məlumata görə, Assambleyanın üzvü Maykl Kouplendin təqdimatının ardınca Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edib.

Ardını oxu...

Səməd Seyidov Avropa Şurasında Azərbaycanın müzakirəsindən danışdı

 

“AŞPA-nın son qış sessiyasından əvvəlki dövrdə Rusiya, Ukrayna, Moldova, Fransa, Böyük Britaniya, İtaliya və bir sıra digər ölkələrin parlamentlərində Azərbaycanın mövqeyinin çatdırılması ilə bağlı müxtəlif səviyyələrində aparılan müzakirələr sessiya çərçivəsində öz nəticəsini verdi”. Bu fikirləri barədə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prizedenti Səməd Seyidov Milli Məclisdə sessiyanın yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sessiya çərçivəsində Azərbaycana təsir göstərmək üçün insan haqları, demokratiya kimi ali dəyərlərdən sui-istifadə etmək cəhdi göstərilib: “Lakin bu hiyləgər cəhdlər uğur qazanmadı”.

Ardını oxu...