Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home DÜNYA ORTA DOĞU

Türk öyrənciləri Ərdoğana belə etiraz etdi - VİDEO

 

Türkiyədə orta məktəblərdə himni oxumağı qadağan edən yeni qanun imzalayan Ərdoğana, universitetlərdə etiraz bildirilib.

Aşağıdakı VİDEO o etirazlara aiddir:

http://www.youtube.com/watch?v=S9M2fsM2EkI

Gunaz tv

Türkiyədə əsgərlik müddəti azaldılacaq

 

Bu barədə baş nazir Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyədə hərbi xidmət müddətinin azaldılaraq 18 aydan 12 aya endirilməsi planlaşdırılır.

"Əsgərlik müddətinin azaldılması ilə bağlı Silahlı Qüvvələr, Baş Qərargah və Müdafiə Nazirliyi ilə həmfikirik. Əsgərlik müddəti azaldılacaq. Müddət 12 ay olacaq. Qısa müddətli hərbi xidmət isə əvvəlki kimi saxlanılacaq".

Gunaz tv

İstanbulda polis yenə aksiyanı dağıdıb

 

İstanbulda polis etiraz aksiyasını yatırmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib

İstanbul polisi bu gün Gəzi parkının yaxınlığında keçirilən etiraz aksiyasını yatırarkən yenidən güc istifadə edib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu gün yüzlərlə insan hökumətin apardığı siyasətə etiraz bildirmək məqsədilə yenidən İstanbulun mərkəzinə toplaşıb. Aksiyaya əsas səbəb hökumətin Mühəndis və Memarlar Assosiasiyasının şəhərdə yenidənqurma layihələrini təsdiqləmək  hüququnun ləğvini nəzərdə tutan qanunu qəbul  etmək qərarı olub.

Ardını oxu...

Ankara'da yine müdahale

 

Paytaxtda, Gezi Parkı mərkəzli hadisələr çərçivəsində Dikmen Prospektində toplanan qrupa polis bibər qazı və təzyiqli suyla müdaxilə etdi.

Axşam saatlarında Dikmen Prospektində toplanıb yolu bağlayan qrupa polis dağılmaları istiqamətində xəbərdarlıq etdi.

Xəbərdarlıqlara uyğun gəlməyən və yolda barrikada quran qrupa polis bibər qazı və təzyiqli suyla müdaxilə etdi.

Qrupun prospektdəki hərəkəti davam edir.

Paytaxt Ankarada daha 23 etirazçı tutuqlanıb

 

Türkiyənin paytaxtı Ankarada İstanbulun Taksim meydanında etiraz aksiyalarına dəstək vermək üçün nümayişlər təşkil edərək iğtişaşlar törətməkdə təqsirləndirilən 23 nəfər həbs edilib.
Türk mətbuatının yaydığı məlumata görə, Həbs edilənlər məhkəmə iclasınadək ümumi rejimli koloniyada saxlanılacaqlar.
Daha əvvəl verilən məlumata görə, Türkiyədə etiraz aksiyaları zamanı 944 nəfər saxlanılıb.

Taksimə polis müdaxiləsi- meydan boşaldılır

 

Türkiyədə Taksim meydanı yenə qarışıb.

“Musavat.com”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, meydana toplanan insanları polis dağılışmağa çağırsa da, buna məhəl qoyulmayıb.

Bundan sonra isə polis Taksimə yenidən müdaxilə edib və meydanı boşaltmağa çalışıb. Bu zaman təzyiqli sudan istifadə edib.

Ardını oxu...

PKK terrorçuları Türkiyə helikopterini vurdular

 

Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərini daşıyan hərbi helikopter ölkənin cənub-şərqində atəşə tutulub.  Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı olayla bağlı rəsmi açıqlama yayıb.Açıqlamada bildirilir ki, iyunun 20-də saat 18.40-da aralarında 3-cü diviziyanın komandanı və jandarma korpusunun komandanının da olduğu hərbçiləri daşıyan S-70 helikopterinə Hakkari vilayətinin Yüksəkova qəsəbəsi ərazisindəki İkiyaka dağı üzərində PKK terrorçuları tərəfindən 4 dəfə atəş açılıb. Helikopter manevr edərək sürətlə hadisə yerindən uzaqlaşıb və Hakkari dağ-kommando diviziyasının bazasına enib. Xatırladaq ki, PKK bu ilin martında atəşkəs elan edib və hazırda kürd probleminin həllinə dair Türkiyə hökuməti ilə terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalan arasında danışıqlar aparılır.

Türkiyədə “31 Mart 1918 Azərbaycan Soyqırımı" anma tədbiri keçiriləcək

 

Milli Məclisin millət vəkili Qənirə Paşayeva Türkiyədə “31 Mart (march) 1918 Azərbaycan Soyqırımı" anma tədbirinə qatılacaq.

 “SalamNews”a istinadən yaydığı məlumata görə, Türk Ocaqları İstanbul şöbəsi tərəfindən təşkil edilən anma tədbirində Q.Paşayevanın 1918-ci il martın 31-də erməni-daşnak qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən soyqırım və müasir dünyada Ermənistan dövlətinin dinc azərbaycanlılara qarşı soyqırım siyasətini davam etdirməsi ilə bağlı geniş məruzəsi dinləniləcək.

Tədbirdə Türkiyə Böyük Millət Məclisinin üzvləri, alimlər iştirak edəcəklər

10 ildə 15588 azərbaycanlı Türkiyə vətəndaşı olub

 

Daxili işlər naziri Müammər Gülər 10 il ərzində 124647 əcnəbiyə Türkiyə vətəndaşlığı verildiyini söyləyib.

Gülərin verdiyi məlumata görə, bu müddət ərzində Türkiyədən ən çox vətəndaşlıq alan bolqarıstanlılar olub. 44050 Bolqarıstan vətəndaşı Türkiyə vətəndaşlığı alıb.

Azərbaycan isə bu siyahıda ikinci yerdədir. 10 ildə 15588 azərbaycanlıya Türkiyə vətəndaşlığı verilib.

Ardını oxu...