Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home ÇEVRƏ

Urmu gölünün qurudulması ilə bağlı Etiraf!

 

 İranın Ətraf Mühit (Mohite Zist) İdarəsinin rəisinin dənizlər üzrə müavini Əbdürrza Kərbasi səddlərin Urmu gölünü qurutduğuna etiraf edib.
O qeyd edib ki, nəhayət Ətraf Mühit İdarəsinin mütəxəssislərinin Urmu gölü məsələsinin həllinə gecikməsi və Enerji Nazirliyinin məsullarının göl ətrafındakı səddlərin fəaliyyətini dayandırmaması Urmu gölündə ekoloji faciənin baş verməsinə səbəb oldu. O gölün 80 faizinin quruduğunu bildirərək deyib ki, çox yaxın zamanlarda gölün ətrafında olan bütün canlıların həyatı təhlükə ilə üzləşəcək. O gölün ətrafında səddlərin tikintisinin yanlış siyasət olduğunu etiraf edib.

Ardını oxu...

BMT təmsilçisi Urmiya gölünün halına acıyıb

 

BMT-nin nümayəndəsi Grey Luis Urmiya gölünün vəziyyətindən dəhşətə gəldiyini bildirib.

Qərbi Azərbaycanın Ətraf Mühit İdarəsinin baş müdiri ilə birlikdə gölə baxış keçirəndən sonra bu barədə açıqlama verib: «Urmiya gölünün vəziyyətindən dəhşətə gəlib və  təsirləndim. Gözəl Urmu gölü susuz qalıb, qurumaqdadır».

BMT nümayəndəsi Urmiya gölünün bərpası üçün bir sıra təkliflər də verib:

 - Urmiya gölünün su hövzəsindən suyun götürülməsinə xüsusi diqqət yetirilməli və məhdudlaşdırılmalıdır;

      - Yerli əhali gölü qurtarmaqla bağlı Ətraf Mühit idarəsinə lazımi dəstək verməlidir;

       - Urmiya gölünün vəziyyəti ilə bağlı xəbərlər daim çatdırılmalı və gölü qurtarmaq üçün bütün qüvvələrdən istifadə edilməlidir.

Ardını oxu...

Urmu gölü qurumaqda davam edir

 

Urmu gölünün suyunun səthi keçən ilə nisbətən 32 sm azalıb. Rejimin qərəzli və yanlış siyasəti nəticəsində quruyan Urmu gölü hətta millət vəkillərinin də etirazına səbəb olub.

İyunun 18-də (Xordad 28-də) Urmiyanın millət vəkili Nadir Qazipur məclisin açıq iclasında dövlətin Urmu gölü məsələsinə etinasız yanaşmasını tənqid edib və bildirib ki, Urmu gölünün suyunun səthi keçən ilə nisbət 32 sm azalıb və Urmu gölü artıq məhv olmaqdadır.

Ardını oxu...

Urmu gölünə baxış keçirən BMT nümayəndəsi gölün vəziyyətindən dəhşətə gəlib

 

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) nümayəndəsi Qrey Luis Urmu gölünün vəziyyətindən dəhşətə gəldiyini bildirib.

O Qərbi Azərbaycanın Ətraf Mühit (Mühite Zist) İdarəsinin baş müdiri ilə birlikdə Urmu gölünə baxış keçiriəndən sonra bu barədə açıqlama verib:

 “Urmu gölünün vəziyyətindən dəhşətə gəlib və  təsirləndim. Gözəl Urmu gölü susuz qalıb, qurumaqdadır.”

BMT nümayəndəsi Urmu gölünün bərpası üçün bir sıra təkliflər də verib. Onun təklifləri bunlardan ibarətdir:

Ardını oxu...

Yerli əhali “fars körfəzi” sözünü “Araz” ilə dəyişdi

 

 Muğanın Parsabad şəhərində yeni yaradılmış bağça yerli məsullar tərəfindən “fars körfəzi” adlandırılsada, bu uzun sürmədi.

 “oyannews”a istinadən yaydığı məlumata görə, Parsabad əhalisi müxtəlif yollarla “fars körfəzi” adına etiraz edib və heç cür bununla barışmaq istəməyib. Lakin məsullar əhalinin etirazına məhəl qoymayınca, tablo üzərində yazılmış “fasr körfəzi” sözü yerli əhali tərəfindən silinib və “Araz” sözü ilə əvəz edilib.

Ardını oxu...

Urmu gölü böhranı ətraf bölgələrdəki su quyularına öz mənfi təsirini göstərib

 

Sürətlə qurumaqda olan Urmu gölü ətrafdakı 7 şəhərin su quyularında öz təsirini göstərib. Quyuların sularında duzun miqdarı artıb.

Bu barədə Şərqi Azərbaycanın Əkinçilik İdarəsinin (cəhade keşavərzi) rəisi məlumat verib.

Məsud Məhəmmədian jurnalistlərə deyib:

“Urmu gölü ətrafında 600 min hektardan artıq əkin və bağ əraziləri gölün qurumasının mənfi təsiri ilə üz-üzədir. Urmu gölü ətrafında yerləşən 7 şəhərin torpaq və su quyularında getdikcə duzun miqdarı artır.”

Ardını oxu...

Urmiyə gölünün təxminən 200 hektarı qurumaqdadır

 

Səfirliyin internet resursunda yerləşdirilən açıqlamada bildirilib ki, bu gölün İran kimliyini, eləcə də ölkə və region üçün böyük önəm daşıdığını, hayati bir resurs olduğunu nəzərə alaraq, gölün qurtarılması üçün bütün imkanlar səfərbər edilir.

Səfirin sözlərinə görə, Urmiyə gölü qorunma indeksinə görə əla səviyyədədir: “Göl qurumaq təhlükəsi ilə üzləşməyib, əksinə, təxminən 2700 /km-ə bərabər olan bu gölün su hövzəsində 102 kiçik və böyük ada yerləşir, 19 çay bura axır”.

Səfir bu açıqlamasında Urmiyə gölü ətrafındakı 100 kəndin boşaldılmasını isə əslində təsdiqləyib:“ 100 kəndin boşaldılması barədə xəbərlərin isə Urmiyə gölü ilə heç bir əlaqəsi yoxdur. Bu, Makü şəhərinin ətrafındakı bəzi kəndlərin sel suyunun axışı xəttində olmaları ilə əlaqədardır”.

Ardını oxu...

Urmu gölünün 70 faizi quruyub

 

 Urmu gölünün getdikcə qurumasını görən Qərbi Azərbaycanın ətraf mühiti qoruyan idarəsi məntəqə üzərində  təyyarə ilə  üçüş edib və təhqiqat aparmağa qərar verib.

Ekspertlər (karşünaslar) 3 saat məntəqədə müşahidə aparıblar. Araşdırmaların nəticəsinə görə Urmu gölünün 70 faizi quruyub və adaların arasındakı fasilə gözəçarpan dərəcədə artıb. “9 ada”nin ekoloji əhəmiyyəti də olduqca aşağı düşüb.

Qeyd edək ki, YUNESKO-nun dünyanın qorunmalı olan təbii sərvətləri siyahısına daxil etdiyi gölün adalarında müxtəlif heyvanlar, o sıradan 27 növ məməli heyvan, 41 növ sürünən, 7 növ suda-quruda yaşayan heyvan, 212 növ quş, suyun duzluluğuna dözə bilən 27 növ balıq yaşayır.

Urmiya gölünün duzlu suyu və palçığı həm də müalicəvi xarakter daşıyır. Urmiya gölündəki duzluluq okeanlardakı (iqyanus) duzluluqdan iki dəfə çoxdur. 

Urmu gölü quruyarsa İranın dörddəbiri ziyan görəcək

 

Bu barədə İranın Milli İqyanusşünaslıq (okeonoqrafiya) Müəssisəsinin rəisi doktor Vəhid Çegini danışıb.

 

Çegini bəyan edib ki, Urmu gölü quruyarsa İranın dörddəbiri ziyan görəcək və toz fırtınaları ilə üzləşəcək.

 

Onun sözlərinə görə, Urmu gölünün quruyacağı təqdirdə Mazəndaran, Gilan, Zəncan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin vilayətləri və bir sıra digər bölgələr təsir altına düşəcək və ölkənin böyük hissəsində ətraf-mühit faciəsi yaşanacaq.

Ardını oxu...

Urmu gölündə suyun səviyyəsi 28 santimetr aşağı düşüb

 

Hazırda Urmiya gölünün suyunun səviyyəsi ötən ilin anoloji dövrü ilə müqayisədə 28 santimetr aşağı düşüb
Bunu İranın Energetika Nazirliyinin su və su resursları üzrə idarəsinin rəisi Əlirza Daimi deyib. bu barədə İRNA agentliyi məlumat yayıb.

Daiminin sözlərinə görə, Urmu gölünün suyundan kənd təsərrüfatı sahələrinin suvarılması üçün istifadə halları artıb və digər tərəfdən yağıntıların azalması gölün suyunun səviyyəsinin aşağı düşməsinə səbəb olub.

O, bildirib ki, kənd təsərüfatı sahələrinin suvarılmasında sudan istifadəyə məhdudiyyətlər tətbiq olunmalıdır.

Ardını oxu...

Urmiya gölü ətrafında 50 kənd boşalıb

 

APA-nın xəbərinə görə, bu barədə İran parlamentinə Urmiyadan deputat seçilmiş Nadir Qazipur məlumat verib.

Deputat bildirib ki, gölün quruması nəticəsində ətraf ərazilər yaşayış üçün yararsız vəziyyətə düşüb: “50 kəndin bir sakini də orada yaşamır. İnsanlar kəndlərini tərk etmək məcburiyyətində qalıblar. Urmiya tamamilə qurusa, ölkədə duz fırtınaları olacaq. Gölün yenidən canlandırılması üçün isə milyardlarla dollar vəsait lazımdır”.