Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home ÇEVRƏ Urmu gölünün 70 faizi quruyub

Urmu gölünün 70 faizi quruyub

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

 Urmu gölünün getdikcə qurumasını görən Qərbi Azərbaycanın ətraf mühiti qoruyan idarəsi məntəqə üzərində  təyyarə ilə  üçüş edib və təhqiqat aparmağa qərar verib.

Ekspertlər (karşünaslar) 3 saat məntəqədə müşahidə aparıblar. Araşdırmaların nəticəsinə görə Urmu gölünün 70 faizi quruyub və adaların arasındakı fasilə gözəçarpan dərəcədə artıb. “9 ada”nin ekoloji əhəmiyyəti də olduqca aşağı düşüb.

Qeyd edək ki, YUNESKO-nun dünyanın qorunmalı olan təbii sərvətləri siyahısına daxil etdiyi gölün adalarında müxtəlif heyvanlar, o sıradan 27 növ məməli heyvan, 41 növ sürünən, 7 növ suda-quruda yaşayan heyvan, 212 növ quş, suyun duzluluğuna dözə bilən 27 növ balıq yaşayır.

Urmiya gölünün duzlu suyu və palçığı həm də müalicəvi xarakter daşıyır. Urmiya gölündəki duzluluq okeanlardakı (iqyanus) duzluluqdan iki dəfə çoxdur.