Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home ÇEVRƏ Urmu gölü böhranı ətraf bölgələrdəki su quyularına öz mənfi təsirini göstərib

Urmu gölü böhranı ətraf bölgələrdəki su quyularına öz mənfi təsirini göstərib

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

Sürətlə qurumaqda olan Urmu gölü ətrafdakı 7 şəhərin su quyularında öz təsirini göstərib. Quyuların sularında duzun miqdarı artıb.

Bu barədə Şərqi Azərbaycanın Əkinçilik İdarəsinin (cəhade keşavərzi) rəisi məlumat verib.

Məsud Məhəmmədian jurnalistlərə deyib:

“Urmu gölü ətrafında 600 min hektardan artıq əkin və bağ əraziləri gölün qurumasının mənfi təsiri ilə üz-üzədir. Urmu gölü ətrafında yerləşən 7 şəhərin torpaq və su quyularında getdikcə duzun miqdarı artır.”

 

Qeyd edək ki, Məsud Məhəmmədian bundan öncədə Urmu gölünün 70 faizinin quruduğunu və ətraf ərazilərdə 50 kəndin əhalidən boşaldığını bildirmişdir. Bütün xəbərdarlıqlara baxmayaraq, hələdə rejim Urmu gölü ilə bağlı heç bir real tədbir almayıb və göl sürətlə qurumaqdadır.