Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home ÇEVRƏ Urmu gölünə baxış keçirən BMT nümayəndəsi gölün vəziyyətindən dəhşətə gəlib

Urmu gölünə baxış keçirən BMT nümayəndəsi gölün vəziyyətindən dəhşətə gəlib

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) nümayəndəsi Qrey Luis Urmu gölünün vəziyyətindən dəhşətə gəldiyini bildirib.

O Qərbi Azərbaycanın Ətraf Mühit (Mühite Zist) İdarəsinin baş müdiri ilə birlikdə Urmu gölünə baxış keçiriəndən sonra bu barədə açıqlama verib:

 “Urmu gölünün vəziyyətindən dəhşətə gəlib və  təsirləndim. Gözəl Urmu gölü susuz qalıb, qurumaqdadır.”

BMT nümayəndəsi Urmu gölünün bərpası üçün bir sıra təkliflər də verib. Onun təklifləri bunlardan ibarətdir:

 

-        Urmu gölünün su hövzəsindən suyun götürülməsinə xüsusi diqqət yetirilməli və məhdudlaşdırılmalıdır.

-         Yerli əhali gölü qurtarmaqla bağlı Ətraf Mühit idarəsinə lazımi dəstək verməlidir.

-        Urmu gölünün vəziyyəti ilə bağlı xəbərlər daim çatdırılmalı və gölü qurtarmaq üçün bütün qüvvələrdən istifadə edilməlidir.