Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home ÇEVRƏ BMT təmsilçisi Urmiya gölünün halına acıyıb

BMT təmsilçisi Urmiya gölünün halına acıyıb

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

BMT-nin nümayəndəsi Grey Luis Urmiya gölünün vəziyyətindən dəhşətə gəldiyini bildirib.

Qərbi Azərbaycanın Ətraf Mühit İdarəsinin baş müdiri ilə birlikdə gölə baxış keçirəndən sonra bu barədə açıqlama verib: «Urmiya gölünün vəziyyətindən dəhşətə gəlib və  təsirləndim. Gözəl Urmu gölü susuz qalıb, qurumaqdadır».

BMT nümayəndəsi Urmiya gölünün bərpası üçün bir sıra təkliflər də verib:

 - Urmiya gölünün su hövzəsindən suyun götürülməsinə xüsusi diqqət yetirilməli və məhdudlaşdırılmalıdır;

      - Yerli əhali gölü qurtarmaqla bağlı Ətraf Mühit idarəsinə lazımi dəstək verməlidir;

       - Urmiya gölünün vəziyyəti ilə bağlı xəbərlər daim çatdırılmalı və gölü qurtarmaq üçün bütün qüvvələrdən istifadə edilməlidir.

 

  

Yeri gəlmişkən, türk millətinə düşmənlik edənlər, onun torpağındakı gözəlliyi də sevmir. Belələrindən biri də İran parlamentinin kürd etnik qrupundan olan üzvü Abid Fəttahidir. Onun Urmiya gölünün qurumasına baxışı və onun düşdüyü fəlakət qurtulması ilə bağlı mövqeyi panfasrçılarınkından fərqlənmir.

Abid Fəttahi İranın xəbər agentliklərindən birinə müsahibəsində  Urmiya gölünü qurumaqdan qurtarmaq istəyən Azərbaycan türklərinə qarşı çıxış edib:

«Urmiya gölü Qərbi Azərbaycan, özəlliklə Şərqi Azərbaycan əyalətləri əhalisinin hərəkətlərinin qurbanına çevrilib. Gölün quruması məsələsinə gəlincə, bir qrup şəxs yalan xəbər çıxarmaqla əhalini mədəni və siyasi savaşa tərəf yönəldib. Bu da dövlətin Urmiya gölü ilə bağlı nəzərdə tutduğu işlərin təxirə salınmasına səbəb oldu».

Deputat bu yöndə özünü mütəxəssis kimi də aparmaqdan saxlamayıb: «Arazdan Urmiya gölünə su axıtmaq layihəsinin Qərbi Azərbaycan əyalətinə heç bir xeyri yoxdur. O, layihə ancaq Şərqi Azərbaycanın işinə yarayar.Biz parlamentdə bu layihəyə qarşı çıxacağıq. Ancaq Xəzərdən suyun gətirilməsini Urmiya gölü üçün yararlı hesab edirik».

Xatırladaq ki, mütəxəssislər hər iki layihənin yarasız olduğunu dönə-dönə vurğulayıb. 

Guney news