Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home ÇEVRƏ Urmu gölünün qurudulması ilə bağlı Etiraf!

Urmu gölünün qurudulması ilə bağlı Etiraf!

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

 İranın Ətraf Mühit (Mohite Zist) İdarəsinin rəisinin dənizlər üzrə müavini Əbdürrza Kərbasi səddlərin Urmu gölünü qurutduğuna etiraf edib.
O qeyd edib ki, nəhayət Ətraf Mühit İdarəsinin mütəxəssislərinin Urmu gölü məsələsinin həllinə gecikməsi və Enerji Nazirliyinin məsullarının göl ətrafındakı səddlərin fəaliyyətini dayandırmaması Urmu gölündə ekoloji faciənin baş verməsinə səbəb oldu. O gölün 80 faizinin quruduğunu bildirərək deyib ki, çox yaxın zamanlarda gölün ətrafında olan bütün canlıların həyatı təhlükə ilə üzləşəcək. O gölün ətrafında səddlərin tikintisinin yanlış siyasət olduğunu etiraf edib.

Kərbasi göl ətrafında duz fırtınalarının yaranmasına işarə edərək Urmu gölünü qurtarma üzrə işçi qrupundan istəyib ki, ekoloji böhranın genişlənməsinin qarşısını almaq üçün tezliklə əməli addımlar atsınlar. 

Gunaz tv