Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home İDMAN

“Traxtur” klubu qız uşaqlarının stadiona gətirilməsinə qadağa qoyub

 

Təbrizin “Traxtur” futbol takımının müsabiqələrinə tamaşaçı qismində iştirak etmək üçün bir çox amil riayət edilməlidir.

Bu barədə “Traxtur” klubu stadiona daxil olması qadağan edilən əşyalar barəsində açıqlama verib.

Klub soyuq hava şəraiti başladığı bir dönəmdə elan edib:

Ardını oxu...

“Traxtur” takımı Xuzistanın “İstiqlal” takımını darmadığım etdi

 

Əhvazın Təxti stadionunda yerli vaxtla saat 15:30-da start götürən futbol müsabiqəsi Təbrizin “Traxtur” takımının kəskin qələbəsi ilə yekunlaşıb.

İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 14-cü həftəsində keçiriləcək müsabiqədə Təbrizin “Traxtur” takımı ilə Xuzistanın “İstiqlal” takımı qarşılaşdı.

Müsabiqə boyu “Traxtur” tərəfindən 4 və İstiqlal tərəfindən 1 qol vuruldu.

“Traxtur” tərəfindən Kərim Ənsarifərd 8, 83, 87 və Həbib Qordani 43-cü dəqiqələrdə vurdular. “İstiqlal” tərəfindən isə Milad Meydavudi 44-cü dəqiqədə qol vurdu.

Ardını oxu...

Traxtur-Fulad” müsabiqəsinin son nəticəsi

 

Təbrizin “Traxtur” futbol takımı ilə Xuzistanın “Fulad” takımı arasında yerli vaxtla saat 15:45-də start götürən müsabiqə artıq sona çatdı.

Təbrizin səhənd stadionunda baş tutan müsabiqə bərabər hesabla yekunlaşdı.

İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 13-cü həftəsində keçirilən müsabiqədə hər takım tərəfindən 2 qol vuruldu. “Traxtur” tərəfindən Səid Dəqiqi 14, Mehdi Kərimian 64 və “Fulad” tərəfindən Lusyanu Perira 37 (penalti nöqtəsi üstündən) və İsmail Şərifa 66-cı dəqiqələrdə qol vurdular.

Bununlada “Traxtur-Fulad” müsabiqəsi (2 – 2) bərabər hesabla sona çatıb.

Ardını oxu...

“Traxtur” takımı növbəti müsabiqəyə hazırlaşır

 

 

 

 

 

 Təbrizin “Traxtur” futbol takımı (tim) növbəti müsabiqəyə hazırlaşır.

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 14-cü həftəsində keçirilən müsabiqədə “Traxtur” takımı Xuzistanın “İstiqlal” takımı ilə qarşılaşacaq.

Müsabiqə Əhvazın Təxti stadionunda oktyabrın 27-də (abanın 5-də) yerli vaxtla saat 15:30-da start götürəcək.

Ardını oxu...

“Qostəreşe Fulad-Mələvan” müsabiqəsinin son nəticəsi

 

Təbrizin “Qostəreşe-Fulad” futbol takımı ilə Ənzəlinin “Mələvan” takımı arasında başladılan müsabiqə bu dəqiqələrdə sona çatdı.

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 13-cü həftəsində keçirilən müsabiqə Ənzəlinin Təxti stadionunda baş tutub.

Müsabiqənin birinci hissəsində “Qostəreşe Fulad” tərəfindən 1 və ikinci hissədə “Mələvan” tərəfindən 2 qol vurulub.

“Qostəreşe Fulad” oyunçusu Saman Nəriman 28, “Mələvan” oyunçuları Seyid Cəlal Rafxayi 55 və Soheyl Rəhmani 60-cı dəqiqələrdə qol vurdular.

Ardını oxu...

“Qostəreşe fulad” növbəti müsabiqəyə hazırlaşır

 

Təbrizin “Qostəreşe fulad” futbol takımı (tim) daha bir önəmli müsabiqəyə hazırlaşır.

İran üzrə futbol klublarının super liqa rəqabərlərinin 14-cü həftəsində keçiriləcək müsabiqədə, “Qostəreşe fulad” takımı Tehranın “Neft” takımı ilə qarşılaşacaq.

Müsabiqə oktyabrın 25-də (abanın 3-də) yerli vaxtla saat 15:30-da Təbrizin səhənd stadionunda start götürəcək.

Ardını oxu...

“Traxtur” növbəti müsabiqəyə hazırlaşır

 

Təbrizin “Traxtur” futbol takımı (tim) növbəti yarışa hazırlaşır.

İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 13-cü həftəsində keçiriləcək müsabiqədə “Traxtur” takımı Xuzistanın “Fulad” takımı ilə qarşılaşacaq.

Müsabiqə oktyabrın 18-i (mehrin 26-ı) yerli vaxtla saat 15:45-də Təbrizin səhənd stadionunda baş tutacaq.

Ardını oxu...

İranın futbol federasiyası tərsinə əməl etdi, “Traxtur” takımını cəzalandırdı

 

 İran futbol federasiyası Azərbaycan millətinə qarşı ayri-seçkilik mövqe nümayiş etdirərək günahkarı deyil, “Traxtur” takımını (tim) cəzalandırıb.
İran rejiminin Azərbaycan millətinə qarşı ayri-seçkilik siyasəti o qədər güclənib ki, hətta aparteid rejimində də görünməyən irqçiliyi Azərbaycan millətinə və onun futbol takımına tətbiq edir. İran Futbol Federasiyası məqsədyönlü şəkildə xarici oyunçuya Azərbaycan millətini təhqir etdirir, təhqir etdiyinə görə həmin oyunçu və mənsub olduğu takım cəzalandırılmır, əksinə zülmə və təhqirə məruz qalan Azərbaycan milləti və “Traxtur” takımı cəzalandırılır.

Ardını oxu...

“Qostəreşe Fulad” takımı “Mələvan”la qarşılaşacaq

 

Təbrizin “Qostəreşe Fulad” futbol takımı (tim) növbəti rəqibi ilə qarşılaşacaq.

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 13-cü həftəsində keçiriləcək müsabiqədə “Qostəreşe fulad” takımı Ənzəlinin “Mələvan” takımı ilə qarşılaşacaq.

Müsabiqə Ənzəlinin Təxti stadionunda oktyabrın 17-də (mehrin 25-də) yerli vaxtla saat 15:45-də start götürəcək.

Ardını oxu...

Traxtur-Fulad” müsabiqəsi coşqulu keçdi: “Azərbaycan var olsun – İstəməyən kor olsun

 

Dünən Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” takımı (tim) daha bir coşqulu müsabiqəyə imza atdı.

“Traxtur-Fulad” müsabiqəsi (2 – 2) bərabər hesabla sona çatsada, həyəcanlı takım tərəfdarları coşqulu şüarlar səsləndirməklə bir daha vətənpərvərliyə və millətimizin demokratik mübarizəsinə növbəti təkan veriblər.

Hakim (davər) oyunun 36-cı dəqiqəsində “Fulad”ın xeyirinə olduqca şübhəli bir penaltı elan edib və bu şübhəli səhnə “Traxtur” tərəfdarlarının xüsusi etirazına səbəb olub. “Fulad”ın oyunçusu Lusyana Perira penalti zərbəsi ilə qol vurduqdan sonra qeyri-adi hərəkətə yol verib və topu tamaşaçılara tərəf vurub. Bu isə “Traxtur” tərəfdarlarının etirazını daha da artırıb.

Ardını oxu...

Qostəreşe fulad-Saypa” müsabiqəsinin son nəticəsi

 

 Təbrizin səhənd stadionunda bu şəhərin “Qostəreşe fulad” takımı ilə “Saypa” takımı arasında keçirilən futbol müsabiqəsi bu dəqiqələrdə sona çatdı.

İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 12-ci həftəsində keçirilən müsabiqə (2 – 1) hesabı ilə “Saypa”nın xeyirinə yekunlaşıb.

“Saypa” tərəfindən Səccad Şəhbazzadə 45 və 52-ci dəqiqələrdə qol vurdu. “Qostəreşe fulad” tərəfindən isə Saman Nəriman Cahan 72-ci dəqiqədə qol vurdu.

Gunaz tv