Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home İDMAN İranın futbol federasiyası tərsinə əməl etdi, “Traxtur” takımını cəzalandırdı

İranın futbol federasiyası tərsinə əməl etdi, “Traxtur” takımını cəzalandırdı

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

 İran futbol federasiyası Azərbaycan millətinə qarşı ayri-seçkilik mövqe nümayiş etdirərək günahkarı deyil, “Traxtur” takımını (tim) cəzalandırıb.
İran rejiminin Azərbaycan millətinə qarşı ayri-seçkilik siyasəti o qədər güclənib ki, hətta aparteid rejimində də görünməyən irqçiliyi Azərbaycan millətinə və onun futbol takımına tətbiq edir. İran Futbol Federasiyası məqsədyönlü şəkildə xarici oyunçuya Azərbaycan millətini təhqir etdirir, təhqir etdiyinə görə həmin oyunçu və mənsub olduğu takım cəzalandırılmır, əksinə zülmə və təhqirə məruz qalan Azərbaycan milləti və “Traxtur” takımı cəzalandırılır.

Belə ki, rejimin futbol federasiyası “Traxtur”  takımından 1 imtiyaz kəsib və 50 milyon rial cərimə edib. Halbuki, həmin oyunda hakim (davər) qərəzli şəkildə dəfələrlə “Traxtur”  takımını uduzdurmaq üçün oyunu dayandırıb və bir dəfə də qəsdən səhv penalti tutub. Bu haqsızlıqlara dözə bilməyən “Traxtur” takımının baş məşqçisi (murəbbi) Məcid Cəlali bildirmişdi ki, bu ədalətsizliyi görəndən sonra nəfəs ala bilmirəm. “Traxtur” klubunun rəisi Zeynizadə isə Azərbaycan millətinə qarşı İran rejimində irqçilik və düşmənçiliyin nə qədər güclü olmasını görəndən sonra vəzifəsindən istefa verəcəyi ilə hədələyib.

Gunaz tv