Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home İnsan haqları

Urmiyada 11 nəfər edam edilib

 

 İranda molla rejimi edamlar davam etməkdədir.

Son günlər Güney Azərbaycanın Urmiyə şəhərinin mərkəzi zindanında 11 nəfər asılaraq edam edilib. Onlardan ikisi qadındır.

Mediada edam edilənlərin 7-nin kimliyi açıqlanıb. Onlar Kamil Səidi, Kamil Həbibi, Zəki Xani, Məhəmməd Gürcü, Müsəyyib Sadati, Vəli Məhəmmədzadə və Yədulla Məhmudidir. Digər dörd nəfər, o cümlədən edam edilən iki qadının kimliyi ilə bağlı isə məlumat verilmir. Adı çəkilənlərin altısı narkotik (müxəddir maddələri)  qaçaqçılığı, yeddincidi isə qətl ittihamı ilə mühakimə olunublar.

Ardını oxu...

İranda 16 nəfər edam edilib

 

İranın Sistan və Bəlucistan vilayətinin (ostan) mərkəzi  Zahedan şəhərinin həbsxanasında saxlanılan 16 nəfər edam edilib. Edam edilənlər terrorçuluqda ittiham edilirlər.

Zahedan şəhərinin prokuroru (dadistan) Məhəmməd Mərziye bildirib ki, edamlar Pakistanla sərhədində baş verən silahlı toqquşmalara cavab olaraq icra olunub.

Qeyd edək ki, dünən İran-Pakistan sərhədində atışma olub. Pakistanın Saravan şəhəri istiqamətində İran sərhədi pozulub.

Ardını oxu...

Ərdəbildə 3 nəfər edam edilib

 

AZOH-a istinadən məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

 

Onların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra oktyabrın 1-də səhər saatlarında Ərdəbil şəhərinin 

Molla rejimi bir ildə 537 nəfəri asıb!

 

 İranda bir il ərzində edam edilənlərin statistikası açıqlanıb.

2012-ci il oktyabrın (oktober) 11-dən 2013-cü ilin oktyabrın 10-dək bu ölkənin müxtəlif nöqtələrində 537 nəfər dara çəkilib. Bu rəqəm əvvəlki göstərici ilə müqayisədə 9% çoxdur.

Hesabatda bildirilir ki, 2012-ci il yanvarın (january) 16-da futbol meydanlarında həyata keçirilmiş edam FİFA-nın narazılığına səbəb olub və ali futbol qurumu İran Futbol Federasiyasına məktub göndərdikdən sonra stadionlarda edam hökmlərinin icrası dayandırılıb. APA-nın HRANA-ya istinadən yaydığı məlumata görə, Sənəddə deyilir ki, bir il ərzində ən çox edam İranın Əlborz vilayətində (ostan) icra edilib. Belə ki, Kərəc şəhərinin üç məşhur – Qızılhasar, Rəcayişəhr və Nedamətqah həbsxanalarında 93 nəfər dara çəkilib. Edam hökmlərinin icrasına görə sonrakı yerləri Tehran vilayəti (42 nəfər) və Farsla Qərbi Azərbaycan vilayətləri (38 nəfər) bölüşdürür.

Ardını oxu...

Ərdəbildə 3 nəfər asılaraq edam edilib

 

İranın Fars xəbər agentliyinin yaydığı məlumata əsasən edam edilən şəxslər narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar. Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən edam cəzasına məhkum edilən Ərdəbil sakinlərinin hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra bu gün səhər saatlarında Ərdəbil şəhərində icra edilib.
Məhbusların biri Ərdəbilin İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən edam cəzasına məhkum olunmuş və ayrıca bu məhbusa 20 zərbə şallaq və pul cəriməsi də kəsilib. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra məhbusa dara çəkilməmişdən əvvəl 20 şallaq vurulub və sonra edam edilib. 

Ardını oxu...