Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home EKONOMİ

İran pulu yenidən dəyərini itirir

 

İran milli valyutası (pul, ərz) rialın qiyməti yenidən düşməyə başlayıb. Bu ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İrana qarşı yeni sanksiyalarının (təhrim) icrasına başlandıqdan sonra baş verib.

İranda 14 iyun (june) prezident seçkisindən əvvəl bir ABŞ dolları 3650 tümənə mübadilə edilirdi, mötədil namizəd Həsən Ruhaninin prezident seçilməsindən sonra isə dollar 2950 tümənə düşmüşdü. ABŞ-ın İrana yeni sanksiyaları dalğasında ABŞ dollarının dəyəri 465 tümən qalxıb. İyulun 2-də bir ABŞ dolları 3415 tümənə dəyişdirilib.

İyulun (july) 1-də ABŞ prezidenti Barak Obamanın 6 ay əvvəl İrana qarşı imzaladığı sanksiyaların icrasına başlanıb. Yeni sanksiyalar İranın gəmiçilik, gəmiqayırma sənayesini, eləcə də energetika sahələrini hədəfə alıb.

Ardını oxu...

Dollar tarixi zirvədə

 

Mərkəzi Bankın bütün müdaxilələrinə baxmayaraq dollar yüksəlməyə davam edir.

Bankın dünən həyata keçirdiyi 6 ədəd 350 milyon dollarlıq və bu günkü 50 milyon dollarlıq valyuta satış tenderinə baxmayaraq bu gün də dolların yüksəlişi davam edib.

Bu gün dollar 1,9440 lirə olub və yeni tarixi zirvəsini görüb.

«8-ci km Bazarı» qarşısında yeraltı keçid istifadəyə verildi

 

Bu gün Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində Heydər Əliyev parkının qarşısında piyada keçidi istifadəyə verilib.

«Azəryolservis» ASC-dən verilən məlumata görə,  keçidin uzunluğu 45 metr, eni 12 metr, hündürlüyü 3 metrdir. Keçidin 4 çıxışı var, bunlardan 2-si Heydər Əliyev parkı istiqamətində, digər 2-si isə əks istiqamətdədir.

Keçiddə müasir işıqlandırma sistemi quraşdırılıb, döşəmə və divarlar Türkiyə istehsalı olan parlaq mərmərlərlə döşənib. Pilləkənlərdə ilk dəfə olaraq sürüşmənin qarşısını almaq üçün yanmış mərmər vurulub.

Ardını oxu...

İranda 500 minlik əsginaslar buraxılacaq

 

 İran hökuməti dövriyyəyə 200 min və 500 min riallıq əsginaslar buraxmağa hazırlaşır

“Mehr News Agency”in xəbərinə görə, bunu İran Mərkəzi Bankının nümayəndəsi Məcid Saniey bildirib.

Qeyd edək ki, hazırda İranda ən iri əsginas 100 min rialdır. Rəsmi kursla bu pul vahidi 8 dollar, “qara bazar”da isə 2,5 dollardır.

İran İqtisadiyyat Nazirliyi razılıq verərsə, Mərkəzi Bank yeni əsginasların çapına başlayacaq. 200 minlik əsginaslar martın sonundan, 500 minlik riallar isə yaxın 2 il ərzində dövriyyəyə buraxılacaq.

Ardını oxu...

İran yeni avtomobil istehsalına başladı

 

İranın avtomobil istehsalçısı “Kirman Motor” yeni “J5″ avtomobilinin istehsalına başlayıb.

Bu barədə “Mehr News” agentliyi şirkətin icraçı direktoru Məhəmməd Rza Mir Əlinaqiyə istinadən xəbər verib.

Onun sözlərinə görə, avtomobil “JAC GROUP” şirkəti ilə birgə əməkdaşlıqla istehsal olunacaq.
Avtomobil İtaliya şirkətləri tərəfindən işlənib hazırlanıb və müxtəlif ölkələrdə tanınıb. Bunu “JAC GROUP” şirkətinin nümayəndəsi deyib.

Ardını oxu...

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirdi

 

ABŞ Maliyyə Departamenti İrana qarşı sansksiyaları daha da genişləndirib.

“New York Times”-a istinadən verdiyi xəbərə görə, ABŞ bu dəfə İranın dövlət yayım şirkəti, İran Kiber Polisi və Kommunikasiya Tənzimləmə orqanlarını hədəf alıb.

İran İslam Respublikası Yayım şirkətinin direktoru Ezetollah Zarqami də həmçinin qara siyahıya düşüb. Sanksiyaya məruz qalanlar arasında ölkədə elektronik sistem və cihazların istehsalı ilə məşğul olan İran Elektronika Sənayesi də var.

Ardını oxu...

Gənclər aşağı faizlə ev ala biləcək

Gənclər üçün yeni ipoteka şərtləri qəbul olunacaq. Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə hazırlanan və artıq İpoteka Fonduna göndərilən təkliflərdə yeni ipoteka şərtlərinin əvvəlkindən fərqi 35 yox, 29 yaşa qədər olan gənclərə şamil olunmasıdır.

Ardını oxu...

İranda dolların qiyməti yenidən artıb

 

İranda sikkə, qızıl və xarici valyutanın (ərz, pul) qiyməti getdikcə artır. Dünən Tehran bazarında sikkənin qiyməti 1350000 və 1 ABŞ (Amerika Birləşmiş Ştatları) dollarının qiyməti 3360 tümən civarında olub.

Avro 4470, İngiltərə Funt-sterlinqi 5320 və Birləşmiş Ərəb Əmirliklərinin Dirhəmi 920 tümən civarında olub.

Ardını oxu...

Mərkəzi Bank yeni strategiya hazırlayıb

 

Mərkəzi Bankı (AMB) 2013-cü ildə özünün valyuta ehtiyatlarının idarə edilməsinin yeni strategiyasını formalaşdırıb.

Bu barədə Mərkəzi Bankın 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.

Bu strategiya mövcud qlobal iqtisadi şəraitdə ehtiyatların maliyyə alətlərinin və coğrafi strukturunun diversifikasiyasını nəzərdə tutur. Mərkəzi Bankın valyuta ehtiyatları 2012-ci ilin əvvəlindən 14% artaraq dekabrın 1-i vəziyyətinə 12 mlrd. ABŞ dollarına yaxınlaşıb.

Ardını oxu...

İQTİSADİ AZADLIQDA AZƏRBAYCAN DÜNYADA 88-Cİ YERDƏDİR

 

Dünyada iqtisadi azadlıq 59,6 bal toplayıb. Bu, keçən ildəkindən 0,1 bal yuxarıdır. İqtisadi cəhətdən dünya son bir ildə cüzi də olsa, daha azad olub.

19 ildir ki, ABŞ-ın Heritage Foundation təşkilatı və Wall Street Journal qəzeti İqtisadi Azadlıq İndeksi adlı hesabat hazırlayırlar.

Ardını oxu...

Xarici ticarət profisiti 13 milyard dolları ötüb

 

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-noyabr aylarında ümumi xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 7,88 faiz azaldığını elan edib. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Bu dövrdə Azərbaycanın xarici ticarət tərəfdaşları dünyanın 154 ölkəsi olub.

Ölkənin ümumi mal dövriyyəsi 30,54 milyard dollar təşkil edib. Xarici ticarət əməliyyatlarında 13,65 milyard dollar həcmində müsbət saldo yaranıb.Bu müddət ərzində xarici ticarət əməliyyatlarında 8 255 hüquqi və fiziki şəxs qeydə alınıb. Onlardan 3 748-i hüquqi, 4 507-i isə fiziki şəxsdir. 2012-ci ilin 11 ayı ərzində ölkənin ixrac əməliyyatları 22,094 milyard olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,34 faiz azdır.

Ardını oxu...