Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home EKONOMİ İranda 500 minlik əsginaslar buraxılacaq

İranda 500 minlik əsginaslar buraxılacaq

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

 İran hökuməti dövriyyəyə 200 min və 500 min riallıq əsginaslar buraxmağa hazırlaşır

“Mehr News Agency”in xəbərinə görə, bunu İran Mərkəzi Bankının nümayəndəsi Məcid Saniey bildirib.

Qeyd edək ki, hazırda İranda ən iri əsginas 100 min rialdır. Rəsmi kursla bu pul vahidi 8 dollar, “qara bazar”da isə 2,5 dollardır.

İran İqtisadiyyat Nazirliyi razılıq verərsə, Mərkəzi Bank yeni əsginasların çapına başlayacaq. 200 minlik əsginaslar martın sonundan, 500 minlik riallar isə yaxın 2 il ərzində dövriyyəyə buraxılacaq.

 

Qeyd edək ki, ABŞ və Avropa Birliyinin ötən ildən tətbiq etdiyi sanksiyalar nəticəsində İran milli valyutası kəskin bahalaşıb. Ötən ilin fevralında 13 min rial olan 1 ABŞ dolları bu ilin fevralında 40 min riala satılıb.