Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home EKONOMİ İran pulu yenidən dəyərini itirir

İran pulu yenidən dəyərini itirir

İstifadəçi səsi:   / 3
PisƏn yaxşı 

 

İran milli valyutası (pul, ərz) rialın qiyməti yenidən düşməyə başlayıb. Bu ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İrana qarşı yeni sanksiyalarının (təhrim) icrasına başlandıqdan sonra baş verib.

İranda 14 iyun (june) prezident seçkisindən əvvəl bir ABŞ dolları 3650 tümənə mübadilə edilirdi, mötədil namizəd Həsən Ruhaninin prezident seçilməsindən sonra isə dollar 2950 tümənə düşmüşdü. ABŞ-ın İrana yeni sanksiyaları dalğasında ABŞ dollarının dəyəri 465 tümən qalxıb. İyulun 2-də bir ABŞ dolları 3415 tümənə dəyişdirilib.

İyulun (july) 1-də ABŞ prezidenti Barak Obamanın 6 ay əvvəl İrana qarşı imzaladığı sanksiyaların icrasına başlanıb. Yeni sanksiyalar İranın gəmiçilik, gəmiqayırma sənayesini, eləcə də energetika sahələrini hədəfə alıb.

Qadağalara əsasən, İrana bahalı filizlər, qrafit, alüminium, polad, metallurgiya (felezkari) daş kömürü və digər sənaye avadanlıqlarının (təchizat) ixracına da sanksiya qoyulub. İranla hər hansı bir əlaqə saxlayan və ya sanksiyaları pozaraq İranla gizli əməkdaşlıq edən və ya ona yardım göstərən istənilən şəxs və ya müəssisə ABŞ hökumətinin sanksiyasına məruz qoyulacaq.