Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home KÜLTÜR Güneyin Çağdaş Ozanları-01

Güneyin Çağdaş Ozanları-01

İstifadəçi səsi:   / 1
PisƏn yaxşı 

 

Bizlәr Türk millәti olaraq mifoloji çağlardan başlamış vahid, sәmavi bir tanrıya inanmışıq. Tarixlә başlayan milli sәrgüzәştimizdә ulu babalarımız bütә vә ya ayrı şeyә heç vaxt tapınmayıb. Üzünü yuxarılara tutub vә sәmanın әlçatmaz dәrinliklәrindә kâinatı yaradan bir ulu varlığın olduğuna inanıb, ona pәrәstiş edib. Ozanlarımız isә mifoloji çağlardan tutmuş xalqımızın el bilicisi, bәlәdçisi, yol göstәricisi olub. Әlinә sazını alıb bağrına basaraq özümüzә mәxsus inamımızı, dövlәtçilik anlayışımızı, insana, xüsusilә dә qadına verdiyimiz dәyәri, adәt-әnәnәlәrimizi telli sazının sehrkar sәsiylә çatdırıb. Ulu babamız Dәdә Qorqud, ozan dili yüyrәk olar deyib. Yәni ozanların dili hәr sahәnin açarıdır deyә xәbәrdarlıq edib. Onun özü dә el bilicisi, elimizin-obamızın ağsaqqal ozanı deyildir mi?

 

Ozanlıq gәlәnәyi mifoloji çağlardan tutmuş bugünә kimi gәlib çatıb vә ozanlarımız hәmişә xalqımızın hörmәt bәslәdiyi, rәğbәt etdiyi şәxsiyyәtlәr olub. Mәsәlәn Hun vә Göytürk imperiyaları dövründә ildә iki böyük qurultay keçirilәrdi. O qurultaylarda bütün xalq iştirak edәrdi vә hamının özünә mәxsus yeri vardı, heç kәs heç kәsin yerindә әylәşә bilmәzdi. Bu anlayış dilimizin müqәddәs kitabı Dәdә Qorqud dastanlarında da qarşımıza çıxır. Aşına-aşına ocaq başına çıxan Uşun Qoca oğluna Tәrsuzamış deyir ki, “mәrә Uşunqoca oğlu, bu bәylәrin hәr biri öz yerini qılıncının haqqıyla alıbdır. Sәn başmı kәsdin, acmı doyurdun, çılpaqmı geyindirdin ki, lәyaqәtsizcәsinә keçib başda dayanırsan?”. Hun vә Göytürk dövründә xalq ozanları xalqın toplandığı meydanların ortasında qurulan kürsülәrә çıxar, qopuzlarını bağırlarına basıb çalıb oxuyar vә onları hamı eşidәrdi. Meydanlarda yığışan xalqın böyüklәri dә, kiçiklәri dә ozanlara hörmәtsizlik edib yanındakıyla pıçıltıyla da olsa danışmazdı. Ulu babalarımız ozanlara bu cür yüksәk qiymәt verirdi. Elә hәmin anlayış bugün dә xalqımızın ruhunda yaşamırmı?

Ozanlarımız bizim müqәddәs vә Ziya Göyalp demişkәn, ağzımızda anamızın südü kimi ağ vә duru olan dilimizin daşıyıcılarıdır. Anadolunun yetirdiyi gözәl şair Mәmmәd Әmin Yurdaqul;

“Bırak bәni haykırayım, susarsam sәn matәm et

Unutma ki, şairlәri haykırmayan bir millәt

Sevәnlәri toprak olmuş öksüz çocuk gibidir” deyib. Ozanlarımız, şairlәrimiz hәmişә dilimizә sığal verib, onu daha da gözәllәşdirib. Böyük Üstad Şәhriyar;

“Türkün dili tәk sevgili istәkli dil olmaz,

Özgә dilә qatsan, bu әsil dil әsil olmaz” deyәrәk onu öyüb. Mәrhum şairimiz Bәxtiyar Vahabzadә isә haqlı olaraq;

“Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlә әhdi-peymanımızdır” deyәrәk onun bizim üçün nә olduğunu vurğulayıb.

Güney Azәrbaycanlı gözәl şairimiz Hәsәn Mәcidzadә Savalanın bir bәndi:

“Ey böyük ulusun anamı anam

Oğuz ellәrindәn qalan nişanam

Eşqinlә yaşıyam, eşqinlә yanam

Sәnsәn bu bağrımda çırpınan dilim”.