Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home KÜLTÜR Xalq artisti: “Sirkdə və podiumda işləmişəm”

Xalq artisti: “Sirkdə və podiumda işləmişəm”

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

Xalq artisti Rafael Dadaşov sirlərini açdı 

Bu gündən etibarən Gənclərin II Ümumrespublika Teatr festivalı Gənclər və İdman Nazirliyinin Şüvəlanda yerləşən düşərgəsində Art Kampa start verib. Festivalın təşkilatçılarından Gənclər festivalın həyəcanlı anlarını yaşayır. “Qafqazinfo”ya verilən məlumata görə, Bakı, Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi Art Kampa ümumilikdə 100-dən artıq gənc qatılıb. 


Noyabrın 24-də tanınmış sənət adamları- xalq artisti Rafael Dadaşov və rejissor Cavid Təvəkkülun iştirakı ilə ustad-dərsləri baş tutub. Rafael Dadaşov keçdiyi yaradıcılıq yolundan danışıb və teatra marağın artması üçün yaradıcı gəncləri səhnəni sevməyə səsləyib. 

O, deyib: “Biz əvvəllər teatrı pul xatirinə seçməmişdik, səhnənin fədailəri idik. Maaşım o qədər cüzi idi ki, dolanmaq üçün sirk proqramlarında da iştirak edirdim. Hətta podiumda model kimi də işlədiyim vaxtlar olub. Bütün bunlar ona görə idi ki, çətinliklərə sinə gərib, sənəti tərk etmək məcburiyyətində qalmayım. Sizə də tövsiyəm budur ki, bu sənəti seçmisinizsə, teatra ömürlük bağlanasınız. Hec bir əyləncə teatrı əvəzləyə bilməz”.

Sənətkar gənclərə müxtəlif mizanlar və səhnə fəndləri barədə də məlumat verib. Cənclər də öz növbəsində hazırladığı tamaşalardan bəzi səhnələr oynayaraq, xalq artistindən məsləhətlər alıblar. 
Daha sonra tanınmış rejissor Cavid Təvəkkül gənclərlə təcrübəsini paylaşıb. Rejissor konkret səhnələrlə gənclərə vacib mizanları anladıb. Sevgi səhnəsini canlandıran 2 gəncin oyunu fonunda onların aktyorluq qabiliyyəti barədə müzakirələr aparılıb. Rejissor onlara təbii oynamadıqlarını bildirib və bunun səbəblərini izah edib. “Elə etmək lazımdır ki, siz tamaşaçıya diqtə edəsiniz, tamaşaçı sizə yox”, - deyən rejissorun fikirləri gənclər tərəfindən maraqla qarşılanıb.
Festival çərçivəsində noyabrın 25-də xalq artistləri Rasim Balayev, rejissor Vaqif Əsədov, noyabrın 26-da isə xalq artisti Ağaxan Salmanlı və “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulovun iştirakı ilə ustad-dərsləri baş tutacaq. 
Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Festival Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan - Amerika Alyansının dəstəyi ilə keçirilir.