Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home KÜLTÜR Qəhrəmanlıq Salnamələri

Qəhrəmanlıq Salnamələri

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

Türkiyәnin yaxın tarixindә özünә mәxsus yer qazanmış, Türk tarixinin görkәmli şәxsiyyәtlәrindәn biri olan Marşal Fevzi Çaxmaq haqda xülasә mәlumat vermәk istәyirik.

 Fevzi Çaxmaq 12-si yanvar 1876-cı il tarixindә İstanbulda Çaxmaqoğulları tayfasından topçu albay Әli Sirri ilә Hәsna xanımın oğlu olaraq dünyaya gәldi. İptidai vә orta mәktәb tәhsilini Qüllәli Hәrbi Liseyindә başa vurduqdan sonra 29 Nisan 1893-cü ildә Hәrbi Mәktәbә daxil oldu vә 1896-cı ilin Yanvar, yәni Ocaq ayının 28-ci günü piyada tәymәn rütbәsiylә mәzun oldu. Daha sonra Hәrbi Akademiyaya daxil olub 1898-ci ildә qәrargah yüzbaşısı rütbәsiylә bitirdi. Bir müddәt Başqәrargah Rәisliyindә dördüncü şöbәdә vәzifә yeritdikdәn sonra üçüncü orduya bağlı Metroviçә bölgәsindәki 18-ci firqәnin qәrargah şurasına tәyin olundu. Balkanlarda o vaxt müstәmlәkәçi dövlәtlәrin qışqırtmasıyla Serblәr vә Albanlar partizan dәstәlәri yaratmış Osmanlı Dövlәtinә qarşı mübarizә aparır, terror aktları yaradırdılar. Fevzi Çaxmaq Serb vә albanların üsyançı dәsdәlәrinә qarşı uğurlu mübarizәlәr apardığından, qısa fasilәlәrlә rütbәsi artaraq 1907-ci ildә albaylığa yüksәldi. 1908-ci ildә İkinci Mәşrutiyyәt elan edildiyi vaxt 35-ci Firqә Komandiri vә Daşlıca hakimi kimi vәzifә yeridirdi. 1910-cu ildә Albaniyada yaranan üsyanı yatırtmaq vәzifәsi tapşırılan Kosova Qolordusunun qәrargah rәisliyinә tәyin olundu. 1911-ci ildә İtaliyanların Trablusqәrbi işğalı nәticәsindә başlayan Trablusqәrb Hәrbi zamanı ona Rumelinin müdafiәsi, Qәrb, digәr adıyla desәk Vardar Ordusunun qәrargah rәisliyi tapşırıldı. Yenә Avropalı müstәmlәkәçi dövlәtlәrin әliylә yaradılan vә 1912-1913-cü illәr arasında gedәn Balkan Döyüşlәri әsnasında 21-ci Firqә Komandiri әvәzi kimi tәyin olundu, digәr tәrәfdәn dә Qәrb Ordusunun Hәrәkat Şöbәsinin rәisliyi vәzifәsini yeritdi. Serb Cәhhәsindә Vardar, yәni Qәrb Ordusu Harәkat Şöbәsi Müdiri kimi vәzifә yeridәn Fevzi Paşanın uğurlu hәrbi fәaliyәtlәrinә baxmayaraq, 10 Mayıs 1913-cü ildәn etibarәn buralardakı Türk hakimiyyәti axıra çatdı.

Hamınıza mәlumdur ki, Türkün ayağı Balkanlardan çәkildikdәn üzü bәri oradakı Türklәr etnik tәmizliklә illәr әrzindә ata-baba ocaqlarından zorbazorluqla çıxarıldılar, eynilә Qәrbi Azәrbaycandakı Türklәr kimi. Nә bu bölgәdә, nә dә Türkün ayağının çәkildiyi Әrәb yarımadasında dinclik atmosferi heç vaxt hökmran ola bilmәdi. Sovetlәr Birliyinin dağılmasından sonra da bölgәdә qan su yerinә axdı vә Srebrenitsa Soyqırımı kimi bir bәşәriyyәt vәhşәti törәdildi.

Fevzi Çaxmaq, Birinci Dünya Müharibәsi әsnasında Çanaqqala cәbhәsindә Mustafa Kamalın yerinә müvәqqәti olaraq tәyin olundu vә Anafartalar komandirliyi vәzifәsini yeritdi. Göstәrdiyi şücaәt vә qazandığı uğurlar sәbәbiylә sinәsi medallarla doldu. Şәrq cәbhәsindә İkinci Qafqaz Qolordu Komandirliyinә tәyin olundu. O vaxtlar işğalçı siyasәt yeridәn müstәmlәkәçi Avropa dövlәtlәrinin әn qabaqda gedәnlәri İngiltәrә, Fransa vә Rusiya öz aralarında Osmanlı Dövlәtini lәğv etmәk vә torpaqlarını bölüşmәk barәdә imzaladıqları sazişә әmәl edir vә birdәn çox cәbhәdә onu diz çökdürmәk mәqsәdiylә hәr cürә yola müraciәt edirdilәr. Fevzi Çaxmaq da digәr Türk komandirlәri kimi cәbhәdәn cәbhәyә yüyürür, döyüş meydanlarına atılır, ardıcıl nailiyyәtlәr qazanırdı. Növbә ilә Diyarbәkir İkinci Qolordu Komandirliyi, Fәlәstin Yeddinci Ordu Komandirliyi vәzifәsini öhdәdar oldu. 1918-ci ildә İngilislәrlә gedәn Sina döyüşlәri әsnasında göstәrdiyi nailiyyәtlәrdәn asılı rütbәsi korgenrallığa yüksәldildi. Mudros Sazişi 1918-ci ildә bağlandığı vaxt sәhhi vәziyyәtinә görә İstanbulda idi. Dekabr ayının 24-ü 1918-ci ildәn 14 May 1919-cu il tarixinә qәdәr korgenral rütbәsiylә Osmanlı Dövlәtinin Başqәrargah Rәisliyinә tәyin olundu, daha sonra da, Birinci Ordu Müfәtdişliyi, Hәrbi Şura Üzvlüyü, Hәrbiyyә Nazirliyi vәzifәlәrini yeritdi. Harbiyә nazirliyi әsnasında Anadolu'daki milli azadlıq hәrәkatına silah vә sursatın yollanmasını asanlaşdıracaq adımlar atdı. Avropanın İngiltәrә, Fransa kimi işğalçı dövlәtlәrinin İstanbulu 16 Mart 1920-ci il tarixindә işğalı nәticәsindә Atatürkün rәhbәrliyindә yeridilәn Azadlıq Hәrbindә iştirak etmәk mәqsәdiylә Anadoluya daxil oldu. Onun bu hәrәkәti qarşısında Osmanlı idarәsi rütbәsinin lәğvinә, medallarının geri alınmasına vә tutulub edam edilmәsi qәrarına yetişdi. Fevzi Çaxmaqın mindiyi qatar Ankaraya çatdıqda vağzalda Atatürk tәrәfindәn tәntәnәli mәrasimlә qarşılandı.

İngilislәrin qışqırtmasıyla Qәrbi Anadolunu işğal edәn vә işğal etdiklәri yerlәrdә, eynilә ermәnilәrin Qarabağda vә digәr yerlәrdә törәtdiyi kimi, dinc әhalini oğul-uşaq, qadın-qoca fәrqi qoymadan qıran, insana yaraşmayacaq vәhşiliklәr edәn Yunan ordusuna qarşı yeridilәn hәrblәrdә iştirak etdi vә İkinci İnönü döyüşündә qazanılan zәfәrdәn sonra rütbәsi orgenrallığa yüksәldildi. Müxtәlif vәzifәlәri uğurla yerinә yetirәn Fevzi Çaxmaq hәr döyüşdәn üzü ağ çıxdı. Yunanlıların İsmәt İnönünün rәhbәrliyindәki Türk ordusunu mәğlub etmәsiylә birgә Kütahya, Afyon vә Әskişәhәr onların әlinә keçdi. Türkiyә Böyük Millәt Mәclisi İsmәt İnönünün yerinә Fevzi Çaxmaq Paşanı Başqәrargah Rәisi tәyin etdi, 3 Avqust 1921-ci ildә Başnazirlik, Milli Müdafiә Nazirliği vә Başqәrargah Rәisliği vәzifәlәrini yeritmәyә başladı. Yunanlılara qarşı yeridilәn vә dünyanın әn uzun meydan müharibәsi kimi tarixdә sәbt olunan Sakarya Meydan Müharibәsini Atatürklә birlikdә idarә etdi. Bu meydan müharibәsindә yunanlılara layiqli cavab verildi vә düşmәn qüvvәlәrinә ağır itki verdirilәrәk möhtәşәm bir zәfәr qazanıldı.

Marşal Fevzi Çaxmaq 14-ü Yanvar 1922-ci ildә milli müdafiә nazirliği, 9 Tәmmuz 1922-ci ildә başnazirlik vәzifәlәrindәn ayrıldı vә Başqәrargah Rәisi sifәtiylә Böyük Hücum adlanan vә yunanlılara mәhv edici axırıncı zәrbәni endirәn hücumun hәrbi planlarını hazırladı. 30 Avqust 1922-ci il tarixindә zәfәrlә nәticәlәnәn Dumlupinar Meydan Müharibәsindәn sonra Türkiyә Böyük Millәt Mәclisi, Başkomandir Mustafa Kamal Paşanın tövsiyyәsi ilә ona marşal rütbәsini tәqdim etdi. 1944-cü ilә kimi Başqәrargah Rәisliyi vәzifәsini yeritdi vә hәmin il tәqaüdә ayrıldı. 1946-cı ildә Demokrat Partiyanın siyahısına düşüb İstanbuldan seçkidә iştirak edәrәk millәtvәkili seçilsә dә 1947-ci ildә bu partiyanın sәflәrindәn ayrılaraq Millәt Partiyasının yaradıcı heyәtindә iştirak etdi.

Türk tarixinin böyük hәrbi vә siyasi xadimi Marşal Fevzi Çaxmaq 1950-ci il Nisan ayının 10-cu günü bu dünya ilә әbәdilik vidalaşdı, Allah rәhmәt elәsin. Onun adı Türkiyә Cümhuriyyәtinin tarixindә qızıl hәrflәrlә sәbt olunmuşdur.