Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home KÜLTÜR Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

80-ci illərin əfsanə dizisi Dallasın pis adamı “J.R. Ewing”i oynayan amerikalı aktyor və rejissor Larry Hagman 81 yaşında dünyasını dəyişib. 



“Qafqazinfo” nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dünyada böyük maraqla izlənən filmdə canlandırdığı J.R. xarakteri ilə bütün dünyada tanınan, alkol bağımlılığı səbəbiylə 2004 ildə qaraciyərindən əməliyyat olunan Larry Hagman, xərçəngə tutulmuşdu. Hagmanın ailə üzvlərindən bugün verilən açıqlamada məşhur aktyorun xərçənglə mübarizəsini itirdiyi və Dallasdakı xəstəxanada vəfat etdiyi bildirilib. 

Dizinin əsas sütunu olan J.R. televiziya tarixinin ən məşhur pis insan xarakterlərindən biri olaraq göstərilirdi. Ən çox işlətdiyi ifadə "İntiqam dünyanın ən çox arzu olunan duyğusu" olan neft milyoneri “J.R.”ı, illər sonra yenidən çevrilən yeni Dallas filmində də Larry Hangmanı canlandırıb. 81 yaşındakı aktyor Dallasın ardından “NipTuck” və “Desperate Housewives” kimi məşhur filmlər ilə “Nixon”, “Superman” kimi filmlərdə də kiçik rollar alıb.

şərh yaz