Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home KÜLTÜR Dünyanın ən qüsursuz almazı rekord qiymətə satılıb

Dünyanın ən qüsursuz almazı rekord qiymətə satılıb

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

Hersoq Cozefin adını daşıyan almazın 15 milyon dollara satıldığı güman edilir

 

Dünyanın ən məşhur almazlarından biri Cenevrədəki auksionda satılıb.

Mütəxəssislərin qüsursuz olduğunu bildirdiyi almazı adının açıqlanmasını istəməyən bir nəfər alıb. Auksiondan əvvəl almazın 15 milyon dollara satılacağı təxmin edilirdi. Qiymət açıqlanmasa da, auksionu təşkil edənlər almazın rekord qiymətə satıldığını bildiriblər.

 

Almazı 1933-cü ildə Avstriya-Macarıstan şahzadəsi, Hersoq Cozefin bir kassaya qoyduğu bildirilir. Daha sonra bir avropalı bankirə satılan almaz İkinci Dünya Müharibəsi dövründə Fransadakı bir kassada qalıb. Hersoq Cozefin adını daşıyan almaz 1961-ci ildə yenidən ortaya çıxıb və 1993-cü ilin noyabrında ikinci dəfə hərraca çıxarılıb. 1993-cü ildə almaz 6,5 milyon dollara satılıb.