Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home MƏQALƏ

“İrandakı rejim dağılmağa məhkumdur” - MÜSAHİBƏ

 

Cavad Abbasi: “İşğal olunmuş Qarabağ hər bir güneylinin qanayan yarasıdır”

 

Müsahibimiz çox maraqlı tarixçəsi ilə yaddaşımıza həkk olundu. O, Güney Azərbaycanın Salmas bölgəsində dünyaya göz açsa da, bu gün Amerikanın paytaxtında - Vaşinqtonda yaşayır. O, İranda yaşadığı illərdə müəllim kimi fəaliyyət göstərib. Lakin milli fəal olduğu üçün işdən çıxarılıb. Tanınmış idmançı, İranda 1994-ci ildə kong-fu idmanı üzrə birincilik qazanan müsahibimiz  Cavad Abbasidir. 

 

Onunla söhbətə keşməkeşli keçmişindən deyil, elə bu gündən başladıq. Özü də şəxsi həyatından, iş-gücündən deyil, İran İslam Respublikasının bugünkü reallığından danışdıq. 

Ardını oxu...

Gürcüstan bizim üçün əsla yad bir yer deyil

 

Gürcüstanda siyasi mühacir kimi yaşayan, cənubi azərbaycanlı hüquqşünas və siyasi ekspertRəhim Cavadbəyli Publika.Az-a müsahibəsi 

-Gürcüstanda hansı təşkilatda və cəmiyyətdə təmsil olunursuz?
-2003-cü ildən 2011-ci ilə kimi Azərbaycanda siyasi mühacir həyatı yaşamışam. KİV-ə bəlli olduğu kimi orada biz cənublu mühacirlərin fərqli problemləri vardı.  Bu problemlər həll olmadığına görə 2011-ci il avqustunda Ağrı  Qaradağlı ilə birgə Azərbaycanı qeyri-qanuni yolla tərk edərək Gürcüstana gəldik. 

Siyasi mühacir olaraq işimizə baxılması üçün BMT QAK-ın (Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı) Tiflis Ofisinə və Gürcüstan Mühacirət Nazirliyinə baş vurduq. Ağrı  bəy  4-5 aydan sonra İran Səfirliyinə baş vuraraq pasportunu alıb, Türkiyəyə keçdi. Mən təxminən bir ildən sonra İran səfirliyinə pasport verilməsi üçün baş vursam da, İran tərəfi mənə nə tənha pasport vermədi, hətta Türkiyə üzərindən İrana keçid üçün keçid sənədii belə verməkdən imtina etdi. 

Ardını oxu...

«Güney Azərbaycanda milli oyanış sürətlə artır»

 

Şərifə Cəfəri: «Milli hərəkatda şəhid düşən bir qəhrəmanın əvəzində min qəhrəman doğulur»

Fevralın 21-i Ümumdünya Ana Dili Günüdür. Bu tarix Güney Azərbaycanda da qeyd edilir. Xalq ana dilinə sevgisini ifadə etməklə yanaşı, bu dildə təhsil almaq haqqını da tələb edir. Bu baxımdan 21 fevral Ümumdünya Ana Dili Günü Güney Azərbaycanda daha çox etiraz və tələblərlə yadda qalır. Hər il olduğu kimi, bu dəfə də güneyli soydaşlarımızın ana dililə bağlı tədbirlər və etiraz aksiyaları keçirəcəyi gözlənilir. Biz də «Xalq Cəbhəsi» qəzeti olaraq «Güney Azərbaycan» səhifəsində bu dəfə ana dili qadağasından bəhs etmək istədik. Suallarımızı əslən Güney Azərbaycandan olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Şərifə Cəfəri cavablandırdı. O, İranda türkcə kitabların nəşrilə məşğul olan və rejim tərəfindən qapadılan «Pınar» nəşriyyat evinin direktoru olub.

Ardını oxu...

8 Mart Dünya Kadınlar Günü ve Kadınların Hakları – Leyla Mola

 

8 Mart günü Dünya Kadınlar Günü  olarak  kutlanır. bu günün var olması ve düşüncesi ilk kez, 26-27 Ağustos 1910’da Danimarkanın Kopenhag kentinde  düzenlenen Uluslararası Sosyalist  Kadınlar  Konferansinda ortaya atılıb ve kabul edilmişdir. Birleşmiş Milletler Genel Kurulu, 1977 yılında da, , bu günü, Dünya Kadın Hakları ve Uluslararası Barış Günü olarak kabul etti. Burada “Uluslararası Barış Günü” ifadesi önemlidir. Çünkü çok açıktır ki, dünya nüfusunun yarısını oluşturan kadınlara eşit haklar verilmedikçe, dünyada barışın sağlanması olanaklı değildir. Kadın hakları kavramı özellikle 19 . yüzyıl 'da büyük önem kazandı.

 Kadın problemlerinın en başta giden asaslarını böyle siralamak olar

Ardını oxu...

Əkrəm Əylisli nə axtarır ?

 Görəsən Ə.Əylisli Azərbaycanın O.Pamukumu olmaq istəyir ? O.Pamuk kimi Nobel mukafatımı almaq istəyir ? O.Pamuk da Türkiyədə sözdə erməni soyqırımından danışandan sonra Nobel mukafatilə təltif edildi , hətta söylənənlərə əsasən O.Pamuk Nobel mukafatını romanlarından çox dediyi bu sözlərə görə aldı . Ə.Əylisli də O.Pamukun yolunumu getmək istəyir ? Ə.Əylisli ermənilər əlilə Xocalıda baş verən azərbaycanlılara qarşı cinayət və vəhşiliklərdən xəbərsizmi ? Zori Balayanın Azərbaycan qızının dərisini diri-diri soymasından xəbərsizmi ?

Ardını oxu...