Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home SİYASƏT

Ukrayna'dan sonra sıra Türkiye'de

 

 

 

Rusya Devlet Başkanı Vladimir Putin'in sözcüsü ve Rus siyaset bilimcisi Sergey Markov, Washington ve Brüksel’in Ukrayna'da Neo Nazi cuntaya destek verdiğini ifade etti. Rusya’nın doğalgazı Avrupa'ya karşı bir silah olarak kullanmayacağını belirten Markov, “Yaşananlar jeopolitik bir soğuk savaş. Rusya, Türkiye de dahil birçok ülkenin çıkarlarını korumaya çalışıyor” dedi.

Ardını oxu...

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi son hesabatını açıqladı

 

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhid son hesabatını açıqlayıb.

 

APA-nın "Radiofərda”ya istinadən məlumatına görə, oktyabrın 23-də BMT Baş Assambleyasına təqdim olunmuş sənəddə İranda insan haqlarının pozulması prosesinin davam etdiyi və hökumətin bu durumun yaxşılaşması üçün nəzarətin olmamasından ciddi narahatlıq ifadə edilir.

 

Hesabatda İranda insan hüquqlarının vəziyyətinə dair BMT Baş Assambleyasının və beynəlxalq insan haqları təşkilatlarının ciddi narahatlığının qaldığı və yaxşılığa doğru hansısa bir inkişaf baş vermədiyinə işarə edilir: "Ancaq İran hökuməti məsələnin araşdırılması üçün beynəlxalq insan haqları təşkilatları ilə əməkdaşlıqdan boyun qaçırır. Rəsmi Tehran beynəlxalq insan haqları təşkilatlarının 2012-ci ildə göndərdiyi 28 məktubundan yalnız 8-nə cavab verib. Lakin onların məsələni araşdırmaq üçün İrana səfərinə imkan verməyib”.

Ardını oxu...

Misirdə yeni etirazlar başlayıb

Misirdə cümə duasından sonra devrilmiş prezident Məhəmməd Morsinin minlərlə tərəfdarı paytaxt Qahirədə yeni etirazlara başlayıb.

Məlumata görə, təhlükəsizlik orqanları aksiyaların mərkəzi olan Ramses Meydanına girişi əngəlləyiblər.

İki gün bundan əvvəl Müsəlman Qardaşlarının yaratdığı düşərgələrin dağıdılması ən azı 638 adamın ölümü ilə nəticələnib.

Eritazlar Qahirənin kənarında da keçirilir. İsmailiada baş verən toqquşmalara görə dörd adam ölüb.

Hazırda Misirdə Klikləyinfövqəladə vəziyyət elan edilib və çərşənbə günü baş verən zorakılığa görə polisə özünü qoruma məqsədilə silah işlətmək icazəsi verilib.

Bu hadisələr fonunda Misirin müvəqqəti liderləri ABŞ prezidenti Barack Obamanın tənqidinə məruz qalıb.

Cümə axşamı cənab Obama hökümətin hərəkətlərini pisləyib.

O bildirib ki, vətəndaşlar öldürülən zaman əməkdaşlıq baş tuta bilməz.

Misir rəsmiləri deyib ki, Obamanın sözləri “faktlara əsaslanmayıb” və “silahlı qüvvələri qızışdıracaq”.

Marş çağırışı

Misirin “terrorla” üzləşməsi də güman edilir.

Müsəlman Qardaşları cümə günü tərəfdarlarını dua mərasimindən sonra küçələrə axışmağa və “acıq marşı” keçirməyə dəvət edib.

Qrup liderləri bildirib ki, onların şüarı “xalq çevriliş istəyir” olacaq.

Təhlükəsizlik qüvvələri isə marşın qarşısını almağa hazırlaşır, küçələrdə çoxlu silahlılar görünür.

Prezident Morsinin əleyhdarları da əks-etirazlara çağırıb. Onlar həm də, kilsələri də qorumağa çağırıb.

İslamçılar Misir Koptik Xristian icmasını prezidenti devirənləri dəstəkləməkdə təqsirləndirir.

Misir hadisələrini pisləyən Klikləyindünya liderləri, BMT, Avropa Şurası, ABŞ, Almaniya, Fransa və digər ölkələr misirliləri “təmkinli” olmağa və “hadisələri dayandırmağa” çağırıb.

Bu ölkələr sırasına Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurası da qoşulub.

“Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Biz, ölkədə barışın həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır və təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırıq”, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin xarici işlər nazirləri bildirib.

Hadisə

Etirazçılar iyulun 3-də devrilmiş prezident Mohammed Morsinin bərpasını tələb edirdi.

Etirazçıları dəstəkləyən Müsəlman Qardaşları məlumat yayıb ki, çərşənbə günü iki min insan öldürülüb.

Lakin müvəqqəti hərbi hökümət rəqəmləri 137 göstərib, 57 nəfərin Nahda Meydanında, 29-un isə Helvanda öldüyünü bildirib. 198 nəfər isə rayonlarda həyatını itirib.

Rəsmi məlumata görə, 43 polis nəfəri də öldürülüb. 3,572 nəfərsə yaralanıb.

 

ABŞ İrana güzəştə gedir

 

İqtisadiyyat  İran prezidenti Həsən Ruhani ilə yeni müzakirələr dövrünə qədəm qoyan Obama, Konqresin etirazlarına baxmayaraq, İranın xarici banklarda dondurulmuş bank hesablarını aktivləşdirmək qərarına gəlib. 

 

Obamanın, prezident səlahiyyətlərindən istifadə edərək bu qərara gəlməsi, Konqresin respublikaçılar qanadının etirazına səbəb olub. 

 

Prezident Obamanın bu məqsədlə İranın xaricdə neft satmasına icazə verməklə, 1 ildən 50 ilə qədər 50 il ərzində 75 milyard dollar məbləğində vəsaitə azadlıq vermək istədiyi məlum olub. 

Ardını oxu...

Baş Prokurorluq: "Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işinin istindaqı davam edir

 

Baş Prokurorluq mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası əsasında açılmış cinayət işinə dair rəsmi məlumat verib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytının sorğusuna cavab olaraq aşağıdakıları bildirib:

 

”Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə əlaqədar başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Ardını oxu...

İran’a yönəlmiş embarqo götürülməsin

 

İsrail Başnaziri Netanyahu, İran’a yönəlmiş embarqonun götürülməsinin səhv bir iş olacağını söylədi.

Netanyahu deyib: İran, həyata keçirilən embarqonun götürülməsi üçün çırpınır. Nəzərdə tutulan məqsədə bu qədər yaxınlaşmışkən embarqonun götürülməsi tarixî səhv olardı. İran, məsələnin diplomatik yoldan həlli üçün bir fürsət əldə edib. İran’ın nüvə fəaliyyətlərinin dayandırması, ancaquluslar arası ictimaiyyətin təzyiqi davam ətdirməsiylə mümkün olar.

ABŞ Konqresi Azərbaycana dair dinləmələrə hazırlaşır

 

ABŞ Konqresinin ATƏT ölkələrində insan haqlarına dair Helskinki Komissiyası yaxın günlərdə Azərbaycanla bağlı dinləmələr keçirəcək. “Turan” agentliyinin Vaşinqton müxbirinin Konqresdəki mənbələrə istinadən yaydığı məlumata görə, dinləmələr iyulun ortalarına planlaşdırılıb. Müzakirələrin mövzusu Dövlət Departamentinin və “Freedom House”un illik hesabatlarında əksini tapan informasiya və vəzifələr olacaq. “Prezident seçkiləri ərəfəsində Azərbaycanda insan hüquqları sahəsində ciddi problemlər var” deyə, mənbə qeyd edib. Rüstəm İbrahimbəyov kimi bəzi müxalifət liderləri və başqaları, eləcə də hüquq müdafiəçiləri, o cümlədən Emin Milli bu dinləmələrə dəvət olunub.

Ardını oxu...

Bakıda iranlı casusa hökm oxunub

 

Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun məhkəməsi başa çatıb.

Cinayət Məcəlləsinin 276-cı (casusluq), 206-cı (qaçaqmalçılıq) və  234-cü (qanunsuz olaraq narkotik (müxəddir) vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə təqsirləndirilən Feyzi Bəhrəm hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 15 il il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İranın Xüsusi Xidmət orqanının əməkdaşı olan Bəhram Feyzini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bu ilin martın (march) 29-da tutub.  

Ardını oxu...

Vladimir Putin amerikalı kəşfiyyatçı qarşısında şərt qoydu

 

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden siyasi sığınacaq üçün Rusiyaya müraciət edib. Bu barədə məlumatı "İnterfaks" agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin Şeremetyevo hava limanındakı konsulluq məntəqəsinin növbətçi konsulu verib.

Edvard Snouden Amerika Birləşmiş Ştatlarından Honkonqa qaçıb, orada isə Mosvaya gedib. Küiləvi İnformasiya Vasitələrinin məlumatına görə, o, hazırda hava limanının tranzit zonasnıdadır.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Edvard Snouden Rusiya yalnız ABŞ əleyhinə fəaliyyətini dayandırdıqdan sonra qala bilər: "Əgər o burada qalmaq istəyirsə, bir şərt var: Edvard Snouden bizim amerikalı müttəfiqlərimizə zərər verməyə yönəlmiş fəaliyyətini dayandırmalıdır".

Bu arada bəzi Avropa ölkələrinin siyasətçiləri öz hökumətlərini Edvard Snoudenə sığınacaq verməyə çağırıblar.

Ardını oxu...

Azərbaycanda Türk Dövlətlərinin 3-cü zirvə toplantısı olub

Avqustun 16-da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III zirvə toplantısı keçirilib.

AzərTAc agentliyinin məlumatına görə, toplantıda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti  Almazbek Atambayev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev iştirak edib.

Zirvə toplantısını Qırğızıstan prezidenti Almazbek Atambayev açıb və sonra sədrlik Azərbaycana keçib.

Forumda təmsil olunan bütün dövlətlərin təmsil olunan nümayəndə heyətlərinin rəhbərləri çıxış edib.

Çıxışlarda türkdilli dövlətlər arasında iqtisadi-ticarət, mədəni əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi, tarixi İpək Yolunun bərpası,  Ermənistan Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyi, Dakı-Tbilisi-Qars dəmitr yolu layihəsinin başa çatdırılmasının vacibliyinə toxunulub.

Prezident İlham Əliyev deyib ki, türk dünyasını dünyaya tolerantlıq (xoşgörü...) mərkəzi kimi təqdim etməyə çalışmaq lazımdır.

 “Üstünlüyümüz olan demoqrafik vəziyyət ciddi iqtisadi inkişafla tamamlanmalıdır. Demoqrafik vəziyyət iqtisadiyyatla bərabər artarsa, bu, böyük güc olar. Xaricdə yaşayan diaspor təşkilatlarımızın birgə fəaliyyəti də önəmlidir. Biz bu sahədə işlər görür, diaspor təşkilatlarımızın qurultayını təşkil edirik. Milyonlarla soydaşlarımızı təşkilatlandırmaq üçün işlər görürük”, o qeyd edib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişafının vacibliyindən danışıb.

“Hazırda altı müstəqil türkdilli ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 trilyon 150 milyard dollar təşkil edir. Lakin bu rəqəm ölkələrimizin potensialını əks etdirmir. Biz iqtisadi münasibətlərimizi daha da gücləndirməli, ticarət dövriyyəsini artırmalıyıq”.

Prezident ölkələrin iqtisadi gücünün artırılmasında prioritet (öncəlik) hesab etdiyi sahələri də sadalayıb.

“Nəqliyyat və kommunikasiya sahəsinin inkişafı ölkələrin iqtisadiyyatının əsası gücünü təşkil etməlidir. Bundan başqa, təklif edirəm ki, turizm sahəsinin inkişafı üzrə işçi qrup yaradılsın”.

O ölkəsinin 2020-ci ilə qədər tranzit daşımaların həcmini iki dəfə, 2050-ci ilə qədər isə on dəfə artırmağı planlaşdırdığını vurğulayıb.

Türkiyə prezidenti Abdulla Gül deyib ki, türkdilli dövlətlər Avropa və Asiyanı, şimal və cənubu  bağlayan bölgədə yerləşir.

“Bu layihənin ən önəmli hissəsi Azərbaycanla birgə həyata keçirdiyimiz Bakı-Tiflis-Qars layihəsidir. Bu dəmir yolu xətti türk ölkələri arasında ticarətin və əlaqələrin genişləndirilməsinə böyük töhfə verəcək. Layihənin davamı olaraq Bakı-Aktau və Bakı-Türkmənbaşı limanları arasında bərə xəttinin qurulması bu sahədə önəmli addımdır. Bu layihə ilə Çindən Avropaya birbaşa bağlantı qurulacaq. Mərmərə layihəsinin reallaşması ilə Qərbi Avropadan çıxan qatar birbaşa Asiyaya – Çinə gedəcək. Bu, gələcəkdə oyunları dəyişdirən bir layihə olaraq qalacaq. Tarixə baxdığımızda türk dövlətlərinin güclü olduğu dönəmlərdə İpək Yolu dünyanın əsas ticarət yolu olub. İpək (əbrişəm) Yolu türk dünyasının iqtisadi inkişafı və siyasi güclənməsinin açarıdır”.

A. Gül ölkələr arasında quru nəqliyyatının inkişaf üçün tətbiq olunan kvotaların aradan qaldırılmasının, gömrükdə eyni standartlarda modernləşmənin həyata keçirilməsinə ehtiyac olduğunu deyib.

Çıxışlardan sonra sənədlərin imzalanması mərasimi olub.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısının bəyannaməsini və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasının baş katib səfir Xəlil Akıncının səlahiyyət müddəti haqqında qərar imzalanıb.

Bununla da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı başa çatıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın (october) 3-də Naxçıvanda keçirilən IX Zirvə görüşündə yaradılıb. TDƏŞ-in I Zirvə toplantısı 2011-ci il oktyabrın 21-də Almatıda, II Zirvə toplantısı isə 2012-ci il avqustun 23-də Bişkekdə keçirilib.

"İran - Ermənistan qardaşlığı"- Analitik ARAŞDIRMA

 

İran-Ermənistan qardaşlığı hər zaman pik nöktədə, ən yüksək zirvədə olmuşdur. bunların hər ikisi, həm iran, həm ermənistan hər zaman Azərbaycanın başı üzərində təhlükə yaratmaq məqsədiylə birgə hərəkət etdilər. Bu günə qədər də ve bu ana qədər bu dostluq və qardaşlıq davam etrilir. Hədəfləri Azərbaycan torpaqlarını işğal etmək və bölüşdürməkdir ki, buna qismən dı olsa nail olublar. Klassik Azərbaycan sərhədlərinin 70 faizi İranın yünetiminde, müasir Azərbaycanın 30 faizə qədəri isə ermənistanın işğalındadır ve bu işğalların həyata keçirilməsində həm İrana, həm ermənistana yardım edən güc Rusiyadır.1992-cı il fevralin 25-dən 26-sına keçən gecə ermənistandakı rus eskadrası, 366-cı moto atıcı alayı ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdi. Bütün rus texnikasi Iran benzini ve yanacağı ilə Xocalını qırdı ve üstəlik bütün Qarabağ müharibəsində Iranın bütün neft ve yanacaqdoldurma məntəqələri ermənistann ixtiyarına verildi.

Ardını oxu...