Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home SİYASƏT ABŞ İrana güzəştə gedir

ABŞ İrana güzəştə gedir

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

İqtisadiyyat  İran prezidenti Həsən Ruhani ilə yeni müzakirələr dövrünə qədəm qoyan Obama, Konqresin etirazlarına baxmayaraq, İranın xarici banklarda dondurulmuş bank hesablarını aktivləşdirmək qərarına gəlib. 

 

Obamanın, prezident səlahiyyətlərindən istifadə edərək bu qərara gəlməsi, Konqresin respublikaçılar qanadının etirazına səbəb olub. 

 

Prezident Obamanın bu məqsədlə İranın xaricdə neft satmasına icazə verməklə, 1 ildən 50 ilə qədər 50 il ərzində 75 milyard dollar məbləğində vəsaitə azadlıq vermək istədiyi məlum olub. 

 

 

ABŞ xarici işlər naziri Con Kerri isə, sentyabr ayında ölkə mətbuatına açıqlamasında, İranın nüvə proqramı ilə bağlı atacağı konkret addımlar qarşılığında iqtisadi sanksiyaları azaldacaqlarına söz vermişdi. 

 

İddialara görə, Amerika bu sanksiyaları mərhələ-mərhələ aradan qaldırmağı planlaşdırır. Bildirilir ki, Cenevrədə İranın nüvə proqramı ilə bağlı aparılan müzakirələr Obamanın bu qərarı verməsinə səbəb olub. 

 

Qeyd edək ki, Ağ Evin nümayəndəsi Bernadette Meehan iki gün öncə verdiyi açıqlamasında, konkret hansı sanksiyaların ləğv ediləcəyi və yumşaldılacağı ilkə bağlı indidən fikir söyləməyin tez olduğunu deyib. 

 

O, qeyd edib ki, İran şəffaf və təsdiq edilə biləcək addımlar atmadan, Amerika sanksiyaları yüngülləşdirməyəcək.