Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home SİYASƏT BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi son hesabatını açıqladı

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi son hesabatını açıqladı

İstifadəçi səsi:   / 0
PisƏn yaxşı 

 

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhid son hesabatını açıqlayıb.

 

APA-nın "Radiofərda”ya istinadən məlumatına görə, oktyabrın 23-də BMT Baş Assambleyasına təqdim olunmuş sənəddə İranda insan haqlarının pozulması prosesinin davam etdiyi və hökumətin bu durumun yaxşılaşması üçün nəzarətin olmamasından ciddi narahatlıq ifadə edilir.

 

Hesabatda İranda insan hüquqlarının vəziyyətinə dair BMT Baş Assambleyasının və beynəlxalq insan haqları təşkilatlarının ciddi narahatlığının qaldığı və yaxşılığa doğru hansısa bir inkişaf baş vermədiyinə işarə edilir: "Ancaq İran hökuməti məsələnin araşdırılması üçün beynəlxalq insan haqları təşkilatları ilə əməkdaşlıqdan boyun qaçırır. Rəsmi Tehran beynəlxalq insan haqları təşkilatlarının 2012-ci ildə göndərdiyi 28 məktubundan yalnız 8-nə cavab verib. Lakin onların məsələni araşdırmaq üçün İrana səfərinə imkan verməyib”.

 

 

Sənəddə İranda sistematik şəkildə insan hüquqlarının xüsusilə vətəndaşların siyasi, sosial, iqtisadi və mədəni hüquqlarının pozulduğu bildirilir. Bundan əlavə, ölkədə diskriminasiya, ayrı-seçkilik siyasətinin davam etdirildiyi, gender bərabərliyinin, xüsusilə qadın hüquqlarının pozulduğu, etnik, dini və cinsi azlıqlara, jurnalistlərə, ziyalılara qarşı təzyiq, təhdid və həbslərin həyata keçirildiyi vurğulanıb: "İranda son illərdə 600 müxalif jurnalist tutulub. Hazırda 40-a yaxın jurnalist, 29 bloqçu və internet fəalı həbsdə saxlanılır. Eyni zamanda BBC və "Azadlıq” radiolarında işləyən iranlıların ailə üzvlərinə qarşı təhdid və təzyiqlər davam edir”.

 

Hesabatda deyilir ki, 2012-ci ilin yanvarından bəri İranda ən azı 724 nəfər dar ağacından asılıb.