Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home TARİX

Böyük Hun İmperiyası

 

Türklərin ilk qurduqları imperatorluq Hun İmperatorluğudur. Türklərin daha əvvəllərdə də dövlətlər qurduqlarını bilirik, amma Hun Dövləti çox geniş bir ərazi üzərində başqa millətləri də idarəsi altına alan böyük bir dövlət olduğu üçün, ona imperatorluq adını veririk.
Hun İmperatorluğu Hun Türkləri tərəfindən M. Ö. 220 ilində quruldu. Hunlar bu günki Moqolstan bölgəsində, yəni Çinin şimal-qərbində yaşayırdılar.

Ardını oxu...

Tarix dərslikləri yenilənir

Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov hesab edir ki, orta məktəblərin tarix dərsliklərinə bəzi yeni tarixi faktların əlavə edilməsi zəruridir.

Mahmudov jurnalistlərə bildirib ki, az vaxt ərzində orta məktəblər üçün yeni tarix dərslikləri hazırlansa da, onlar təkmilləşdirilməlidir: “Biz sovet dövründə təhrif olunmuş tariximizi yenidən yazırıq. Soyqırım, Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, bizim tarixi İrəvan xanlığımızın ərazisində Ermənistan dövlətinin yaranması kimi məsələlərin hamısını yenidən araşdırırıq. Bütün bu məsələlər hamısı tarix dərsliklərinə əlavə edilməlidir”.

Ardını oxu...

“Gülüstan”- yüzilliyin acı tarixi

Hər dəfə xalqımızın tarixi, faciələri, ərazilərinin işğal səbəbləri ilə bağlı materialları, əski sənədləri araşdırarkən, ilk növbədə, belə bir fikir ortaya çıxır ki, tariximizin bütün qanlı səhifələri 1725-1726-cı illərdə I Pyotrun öz əli ilə yazdığı 12 bənddən ibarət vəsiyyətnamənin həyata keçirilməsindən başlayır. Məqsəd bütövlükdə türk dünyasını, islam amilini məhv etmək, İrana, Türkiyəyə və Cənubi Qafqaza sahib olmaq idi. 

Ardını oxu...

Şəki “Memarlıq qoruğu şəhəri” elan ediləcək

 

2030-cu ilə kimi Azərbaycanın Şəki şəhərinin “Memarlıq qoruğu şəhəri” elan edilməsi nəzərdə tutulur.

Bu barədə Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev bildirib.

Ardını oxu...

Bütöv Azərbaycanın marif ocağı Mirzə Həsən Rüşdinin ömür yolu və yaradıclığı

Həsən Mehdi oğlu 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində anadan olmuşdur.

O, Türkmənçay müqaviləsindən 23 il sonra dünyaya gəlsə də, vətəni hələ də ağrı-acılardan qurtarmamışdı. Rusiyanın savaş zamanı vurduğu zərər azmış kimi, Arazın sol sahillərini öz müstəmləkəsinə çevirmiş, Qacarlar sülaləsini ağır təzminat ödəməyə məcbur etmişdi. O dövr üçün olduqca böyük olan vəsait xalqdan toplanaraq qalib Rusiyaya göndərilmişdi.

Ardını oxu...

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı

Xaçmaz rayonunun Mollaburhan kəndi ərazisində e.ə III minilliyə aid yaşayış məskəni aşkarlanıb.

Ərazisi 22300 kv/metr olan arxeoloji abidə iki təbəqədən ibarətdir

Ardını oxu...

MİLLƏT OLMAQ ƏZMİ/ Məmməd Əmin Rəsulzadə /

Azərbaycan Türkcəsinə uyğunlaşdıran: Ramin Cabbarlı

Millət anlamını ifadə etmək üçün dilimizdə iki sözcük vardır: Milliyyət və Millət. Bunlardan birincisi dilsəl(lisani), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər. İkincisi ilə bu topluluqda doğan ümumi bir idarəni anladır.

Ardını oxu...

Bakı məktəblərində “Azərbaycan tarixi aylığı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)26 noyabr tarixindən – 25 dekabr tarixinədək  tabeliyində olan ümumtəhsil məktəblərində “Azərbaycan tarixi aylığı” elan edib.

Ardını oxu...

Bütöv Azərbaycan iki yerə parçalayan müqavilə

«Gülüstan» müqaviləsindən 199 il ötür

Farslarla ruslar torpaqlarımızı öz aralarında dədə malı kimi böldülər

Ardını oxu...

Soyqırımı qurbanları” mövzusunda səyyar sərgi keçirildi

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi (İB) tərəfindən Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Azərbaycan xalqının soyqırımı qurbanları” fotosərgisi layihəsi çərçivəsində Cəlilabad və Astara rayonlarında açıq havada fotoşəkillərdən və rəsm işlərindən ibarət “Soyqırımı qurbanları” mövzusunda səyyar sərgi keçirilib.

Ardını oxu...

Uyğurlar: tarixi, aqibəti


Şərqi Türküstandakı yazı işarələri, mumiyalar qədimliyinə görə Misir, Şumer, Mayya mədəniyyətlərindən çox-çox əvvəllərə aid edilir

Doğu (şərqi) Türküstan dedikdə əslində Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çox saylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çin dövlətinin, daha doğrusu, Çin Xalq Respublikasının qurucu xalqları və ya muxtariyyatı olan türk xalqları sırasında yuxarıda göstərilən sarı uyğurlar və tatarlardan başqa türk boylarının adları da keçməkdədir. Çinin 52 əsas etnosdan təşkil edilməsi sözügedən dövlətin Konstitusiyasında əks olunub. Bu Konstitusiyada nəzərdə tutulan hüquq və haqlara nə dərəcədə əməl edilməsinə toxunmazdan öncə buradakı türk coğrafiyası, onun əhalisi, siyasi-iqtisadi vəziyyəti haqqında bilgilərə diqqət edək.

Ardını oxu...