Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home TARİX Böyük Hun İmperiyası

Böyük Hun İmperiyası

İstifadəçi səsi:   / 8
PisƏn yaxşı 

 

Türklərin ilk qurduqları imperatorluq Hun İmperatorluğudur. Türklərin daha əvvəllərdə də dövlətlər qurduqlarını bilirik, amma Hun Dövləti çox geniş bir ərazi üzərində başqa millətləri də idarəsi altına alan böyük bir dövlət olduğu üçün, ona imperatorluq adını veririk.
Hun İmperatorluğu Hun Türkləri tərəfindən M. Ö. 220 ilində quruldu. Hunlar bu günki Moqolstan bölgəsində, yəni Çinin şimal-qərbində yaşayırdılar.

 

Bu bölgədə hakimiyyət qurduqları və genişləməyə başladıqları üçün Çinlilər onları böyük bir təhlükə sayırdılar. Həqiqətən Hunlar, hərbi üstünlükləri sayəsində Çin ordularını davamlı məğlubiyyətə uğradırdılar. Buna görə Çin Dövləti, Hun hücumlarını önləyə bilmək üçün Hun-Çin sərhədi boyunca böyük bir divar hörməyə başladı. Çin Şəddi və ya Böyük Çin Divarı deyilən müdafiə xətti məhz belə meydana gəlmişdir(M. Ö. 214). Sonraları Ming Xanədanı zamanında yenilənən bu böyük divarın bəzi qisimləri çox möhkəm bir şəkildə günümüzə qədər ayaqda qalmışdır.

 İlk böyük Hun hökmdarı Teoman Yabgudur (M. Ö- 220). O zamanlarda Türk hökmdarlarına "Yabgu" deyilirdi. Teoman Yabgu bir-birindən ayrı yaşayan Türk boylarını birləşdirərək ilk Türk birliyini reallaşdırmışdı. Bu çağda Türklərin hərbi üstünlüklərində süvarilərin çox əhəmiyyətli bir yeri vardı. Çinlilər atla çəkilən döyüş arabaları istifadə edirdilər, amma süvari orduları yox idi. Türk atlıları çox sürətli hərəkət qabiliyyətinə sahib olduqları üçün Çin birliklərini istədikləri yerdə yaxalayırdılar, düşmən çox olunca da tez çəkilirdilər. Onlara gözlənilməyən anda hücum edirdilər. Çinlilər buna görə ordularını Hunlar kimi təchiz etmək məcburiyyətində qaldılar; əsgərlərini Hunlar kimi geydirdilər. Amma nə Çin Divarı, nə Çin orduları, Hunların Çinə axınlarına maneə törədə bildi.

Teoman Yabgudan sonra Hun taxtına oğulu Mete Yabgu keçdi. Mete zamanında Hun İmperatorluğunun torpaqları Yapon Dənizindən Xəzər Dənizinə qədər uzanırdı. Bu torpaqlarda müxtəlif Türk xalqları ilə bərabər digər Altaylı xalqlar da yaşayırdılar. Mete dövrü, Hun İmperatorluğunun ən parlaq dövrüdür (M. Ö. 209-174).

Hunlar zamanında Çinlilər mədəniyyət baxımından çox irəli bir vəziyyətdə idilər. Həm əhaliləri və orduları çoxsaylı, həm mədəniyyətləri parlaq olduğu halda Hunlarla başa çıxa bilmədilər. Bu da göstərir ki, Hun müvəffəqiyyətinin səbəbi yalnız hərbi güc deyildi. Həqiqətən Hunlar təşkilatçılıq və idarə baxımından çox inkişaf etmişdilər. O zamanlar Çinin ayrı-ayrı şahzadəliklər halında olmasından da faydalanaraq, Şimal Çində tez-tez iqtidarı ələ alırdılar. Lakin Çinlilərin şəhər həyatına qapılan sərhəd boyu Türkləri yavaş yavaş Çinliləşirdi. Çinli şahzadələrlə evlənən Hun hökmdarlarının saraylarında Çin adət və ənənələri yerləşirdi.
Metedən sonra gələn Yabgular zamanında Çinlilərlə əlaqələr artdı. Xüsusilə evlənmə yoluyla Türk və Çin hökmdar ailələri arasında yaxınlıqlar doğuldu. Bu yaxınlıqlar isə Hunların daxili işlər baxımından bir çox qarışıqlıqlara gətirib çıxardı. Yenə də Hun İmperatorluğu Miladdan əvvəl Birinci Əsrə qədər üstünlüyünü davam etdirdi. Bu əsrdə isə Türk bəyləri arasında taxt uğrunda mübarizələr də artırdı. Çinlilər də bu mübarizələrdən faydalanaraq, Türkləri zəiflətməyi bacardılar. Ancaq Çinlilərin Hohan-Şu dedikləri Yabgunun 27 illik imperatorluğu zamanında və Çiçi Yabgu dövründə dövlət köhnə gücünü bir az olsun yığışdıra bildi.

Miladdan sonrakı ilk əsrdə Hun İmperatorluğu Şərq və Qərb Hunları olmaq üzrə iki ayrı dövlətə bölündülər. Bunlara Cənub və Şimal Hunları da deyilir. Miladdan sonra üçüncü əsrin başlarında (220) başqa bir Türk qövmü olan Siyenpilər Hunlarla iqtidar mübarizəsinə başladılar. Sonunda Moğolların və bəzi Türk boylarının da köməyiylə Hunların hakimiyyət dövrü başa çatdı. Böyük Hun İmperatorluğu tarixdə bilinən köhnə imperatorluqların ən böyüyü idi. Hun hökmdarlarından Mete, Hohanşu və Cici Yabgular, dahi deyiləcək qədər böyük bir komandan və dövlət adamı idilər. Bu böyük şəxsiyyətlər haqqında Çin tarixlərində verilən məlumatlar, ən böyük düşmənlərinin belə onlara heyran qaldıqlarını göstərir.

Mete Kağan və Oğuz Dastanı

Mete, Teoman Yabgunun oğlu və vəliəhdi (özündən sonra hökmdar olacaq kimsə) idi. Amma Teoman Yabgunun başqa bir nigahdan da bir oğulu olmuşdu və bu qadın Teomandan sonra Mete yerinə öz oğulunun hökmdar olmasını istəyirdi. Sonunda Teomanı aldatdı. Amma Mete Buna razı olmadı və dərhal bir ordu yığaraq Hun taxtını ələ keçirmək üçün yola çıxdı. Beləcə Türk tarixində ilk dəfə bu şahzadə (şahzadə), dövlət uğruna atasıyla taxt müharibəsi etdi. Osmanlı İmperatorluğu zamanında da ilk dəfə Birinci Muradın oğullarından Savcı (İldırım Bayezidin böyük qardaşısı) atasına qarşı çıxdı; sonra İkinci Bayezidin oğulu Səlim (Yavuz) atasıyla taxt davası etdi. Qanuninin çox sevdiyi həyat yoldaşı Hurrem Sultan öz oğulu Səlimi (İkinci Səlim) vəliəhd etmək istəyincə, padşahın o biri oğulları (Mustafa və Bayezid) də atalarına qarşı üsyan etdilər.
Mete çox yüksək qabiliyyətli bir komandir idi. Yığdığı ordu ilə atasını məğlub etdi və Hun taxtına oturdu. Çin tarixləri onun üstün bacarıqlarını və etdiyi böyük işləri tarixi qaynaqlarda geniş bəhs ediblər. Dövlətinin və millətinin işləri üçün öz mənfəətlərini heçə sayardı.
İzah edilənlərə görə bir dəfə Hunlar çətin vəziyyətdə qalmışlar və Çinlilərdən sülh istədilər. Çinlilər sülh üçün Metenin ən sevdiyi atını istədilər, dərhal verdi. Amma Çin hökmdarı bununla kifayətlənmədi, başqa şeylər də istədi. Mete özünə aid nəsi varsa hamısını bir-bir verirdi. Sonra Çinlilər sərhəddə kiçik bir ərazi istədilər. Bura heç bir isə yaramayan quraq, qumlu bir torpaq idi. Amma Mete buna çox əsəbiləşdi və belə dedi:
"Məndən nə istədinizsə verdim, çünki onlar mənim malım idi. Amma bu torpaq mənim deyil, millətimindir. O torpağı qorumaq üçün döyüşər, canımı verərəm."
Türklərin Oğuz Kağan Dastanındakı Oğuz Kağanın Mete olduğu deyilər. Oğuz Kağanın Şehnamədə və Divanı Lugati't Türkdə adı çəkilən Alp Ər Tunga olduğunu söyləyənlər də vardır. Oğuz Kağan Dastanı belədir(ixtisarla):

Günlərdən bir gün Ay Kağan bir oğlan doğurdu. Uşaq qara saçlı, qara qaşlı, ala gözlü, qırmızı ağızlı idi. Pərilərdən daha gözəl idi. Uşaq, anasından tək bir dəfə süd əmdi. Bir daha əmmədi. Danışmağa başladı. Çiy ət və şərab istədi. Qırx gündən sonra böyüdü. Yeridi. Oynadı. Ata mindi. Maral ovuna başladı. Günlərdən sonra, gecələrdən sonra bir igid oldu. Bahadır oldu.

Oğuz Kağan deyilən bu bahadır bir gün Tanrıya yalvarmaqda idi. Birdən-birə ətraf qaranlıq kəsildi. Göydən bir işıq düşdü. Bu işıq aydan da, günəşdən də parlaq idi. Oğuz Kağan gördü ki bu işığın içində bir qız var. Bu qız çox gözəl idi. Üzündə atəşli, işıq saçan bir xalı vardı. Qütb Ulduzu kimi İdi. Gülsə, mavi göy də gülərdi. Ağlasa, mavi göy də ağlardı.
Oğuz Kağan bu qızı görüncə ağılı başından getdi. Qızı sevdi, aldı. Qız, Oğuz Kağana üç oğlan doğurdu. Birincisinə "Gün", ikincisinə "Ay", üçüncüsünə "Ulduz" adını qoydular.

Oğuz Kağan yenə bir gün ova getdi. Gördü ki gölün yanında bir ağac var. Bu ağacın koğuşunda bir qız oturur. Çox gözəl bir qız. Saçlar bir çayın axışı kimi. Dişləri inciyə bənzəyir. Gözləri göydən də mavi.

Oğuz Kağanın ağılı başından getdi. Ürəyinə atəş düşdü. Onu sevdi, aldı. Bu qız da Oğuz Kağana üç oğlan doğurdu. Birincisinə "Göy", ikincisinə "Dağ", üçüncüsünə də "Dəniz" adını verdilər.

Bu çağda, sağ yöndə Altın Kağan deyilən bir kağan vardı. Altın Kağan, Oğuz Kağana elçi göndərdi. Bir çox qızıl, gümüş, göndərdi. Bir çox qız, yaqut, inci 
göndərdi. Oğuz Kağana hörmət göstərdi. İtaət etdi. Oğuz Kağan, Altın Kağanın itaətini qəbul etdi. Sonra qırx gün yeridi. Buz Dağı deyilən dağa gəldi. Çox soyuq idi. Çadırını qurdurdu.

Dan yeri ağardığı zaman Oğuz Kağanın çadırına günəş kimi bir işıq girdi. O işıqdan; göy tüklü, göy yeleli, böyük bir erkək qurd çıxdı. Qurd, Oğuz Kağana dedi ki :

- "Ey Oğuz, artıq mən qarşında gedəcəyəm."

Bundan sonra Oğuz Kağan çadırları yığdırdı. Yola qoyuldu. Ordusunun qarşısında göy tüklü, göy yeleli, böyük erkək qurd gedirdi. Ordu, qurdu izləyirdi.

Nə qədər günlərdən sonra qurd dayandı. Oğuz Kağan da ordusunu dayandırdı. Burada İtil deyilən bir çay vardı. Oğuz Kağan düşmənlə qarşılaşdı. Döyüş çox çətin oldu. Oxla, qılıncla vuruşuldu. İtil Suyu düşmən qanından kıpkızıl oldu və Oğuz Kağan üstün gəldi.

Göy tüklü, göy yeleli qurd yenə önə düşdü. Oğuz Kağanı Sind Ölkəsinə apardı. Oğuz Kağan burada da çox düşmənlə vuruşdu. Düşməni məğlub etdi. Bu ölkəni də yurduna əlavə etdi. Geri döndü.

Oğuz Kağanın yanında ağ saqqallı, boz saçlı, çox ağıllı qoca bir adam vardı. Anlayışlı, doğru bir adam idi. Oğuz Kağanın vəziri idi. Adı "Uluğ Türk" idi.

Uluğ Türk günlərdən bir gün yuxuda bir qızıl yay və üç gümüş ox gördü. Bu qızıl yay gün şərqindən gün qərbinə qədər uzanmışdı. Üç gümüş ox da şimala doğru gedirdi. Uluğ Türk oyandıqdan sonra, xülyada gördüklərini Oğuz Kağana izah etdi:
- "Ey Kağanım," dedi. "Həyat sənə xeyirli olsun. Göy Tanrı, xülyamda gördüyümü yerinə yetirsin. Dilədiyi yeri sənə versin."

Oğuz Kağan, Uluğ Türkün sözlərini bəyəndi. Öyüdünü dinlədi. Oğullarım yığdı. Belə dedi:

- Könlüm ov diləyir. Qocaldım. Qüvvətim qalmadı. Gün, Ay və Ulduz; siz Şərq tərəfinə varın. Göy, Dağ və Dəniz; siz Qərb tərəfinə varın…

Bunun üzərinə Oğuz Kağanın oğullarının üçü Şərq tərəfinə, üçü də Qərb tərəfinə getdi. Gün, Ov və Ulduz çox marallar, çox quşlar ovladıqdan sonra yolda bir qızıl yay tapdılar. Yayı götürdülər. Ataları Oğuz Kağana verdilər. Oğuz Kağan sevindi. Yayı üç parça etdi və dedi ki :

- "Ey böyük qardaşlar, yay sizin olsun…"

Göy. Dağ və Dəniz də çox marallar, çox quşlar ovladıqdan sonra yolda üç gümüş ox tapdılar. Oxları götürdülər. Ataları Oğuz Kağana verdilər. Oğuz Kağan sevindi. Oxları kiçik oğullarına pay etdi və dedi ki:

- "Ey kiçik qardaşlar, bu oxlar sizin olsun…"

Oğuz Kağan bundan sonra ulu qurultayı yığıncağa çağırdı. Xalqı da dəvət etdi. Böyük məşvərət edildi. Oğuz Kağan yurdunu oğullarına pay etdi. Onlara verdi. Dedi ki :

- " Ey oğullar mən çox yaşadım. Çox döyüşlər gördüm. Çox ox atdım. Çox ata mindim. Düşmənlərimi ağlatdım . Dostlarımı güldürdüm. Göy Tanrıya borcumu əda etdim. Sizlərə də yurdumu verirəm