Ç10182017

Last updateÇ, 08 İyul 2015 11pm

Back Burdasız: Home TARİX TÜRK TARİXİ

Azərbaycan və Türkiyənin ortaq tarixi yazılır

 

Azərbaycan və Türkiyə ortaq tarixin yazılmasına başlayır.

Bunu Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun bu gün keçirilən Elmi Şurasında institutun direktoru Yaqub Mahmudov bildirib. Onun sözlərinə görə, bu məqsədlə Türkiyədən bir qrup tarixçi alim Azərbaycana gəlib: “Ortaq türk tarixinin yazılması barədə qərar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ölkə prezidenti ilə görüşündə razılaşdırılmışdı. Azərbaycan və Türkiyə tarixinin birləşdirilməsinə böyük ehtiyac var. İndiyə qədər ortaq türk tarixinin yazılması ilə əlaqədar Türkiyədə dəfələrlə danışıqlar aparmışıq. Lakin bu söhbətlər indiyədək danışıq səviyyəsində qalıb. Ona görə də belə qərara gəldik ki, heç bir protokol imzalamadan şifahi şəkildə bu danışıqları aparıb razılığa gələk. Hər iki ölkənin tarixçiləri vaxtaşırı qarşılıqlı səfərlər həyata keçirəcəklər və ortaq türk tarixinin yazılmasına başlanacaq”.

Ardını oxu...